ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə əlaqəli sülh danışıqlarında ola bilsin “nəsə yaxşı bir şey” baş verdiyini bildirir.
“Rusiya və Ukrayna arasında sülh danışıqlarında böyük irəliləyişə nail olunması həqiqətən mümkündürmü??? Bunu görənə qədər inanmayın, lakin, ola bilsin, nəsə yaxşı bir şey baş verir. Tanrı Amerikanı qorusun!” – deyə Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazır.
Bu bəyanat Vaşinqton və Kiyev nümayəndə heyətləri arasında Cenevrədə gerçəkləşdirdiyi və iddialara görə, tərəflərin sülh razılaşması ilə bağlı mövqelərini yaxınlaşdırdığı müzakirələrdən sonra verilib. Tramp buna ehtiyatlı nikbinliyini "görmədən inanma" tövsiyəsilə reaksiya verib.
TAHİR