Ukrayna Prezidenti Zelenski bildirir ki, Kiyev ABŞ-nin sülh təklifləri üzərində işi tərəfdaşlarla davam etdirəcək.
İsveçdə keçirilən Krım Platformasının sammitində çıxış edən Zelenski bildirib ki, Amerika Birləşmiş Ştatları ilə Ukraynanı zəiflətmək yerinə gücləndirəcək kompromislərə nail olmağa çalışır.
“Hazırda kritik andayıq və Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirəcək və real təhlükəsizliyi təmin edə biləcək addımları müəyyən etmək üçün Amerika Birləşmiş Ştatları, avropalı tərəfdaşlar və bir çox başqaları ilə sıx şəkildə əməkdaşlıq edirik. Əlbəttə, hamımız tərəfdaşlarla, xüsusən də Amerika Birləşmiş Ştatları ilə işləməyə davam edirik və bizi zəiflətməyən, əksinə güclü edən kompromislər axtarırıq” – deyə o bildirib.
Zelenski bildirib ki, Avropada sərhədlər güc yolu ilə dəyişdirilməməlidir və təcavüzkar müharibəyə başlamağın bədəlini ödəməlidir.
“Avropanın üzərində dayandığı prinsipləri dəstəkləmək son dərəcə vacibdir: sərhədlər güc yolu ilə dəyişdirilə bilməz; müharibə cinayətkarları ədalət mühakiməsindən qaçmamalıdır və təcavüzkar başlatdığı müharibənin əvəzini tam ödəməlidir. Məhz bu səbəbdən, rus aktivləri ilə bağlı qərarlar lazımdır” – Ukrayna Prezidenti bildirib.
TAHİR