Rusiya ilə Yunanıstan arasında gərginlik yaranıb. Buna səbəb Yunanıstanın Ukrayna ilə müdafiə əməkdaşlığını gücləndirmək və birgə PUA istehsal etmək qərarıdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Afinanı "təxribatçı və qızışdırıcı" siyasət yürütməkdə günahlandırıb.
"Yunanıstan Rusiyaya qarşı təxribatçı və qızışdırıcı siyasət yürüdür. Onlar, dost olmayan addımlar atır. Bu addıma lazımi cavab veriləcək" – deyən Zaxarova Yunanıstanın Ukraynaya silah göndərən ilk ölkələrdən biri olduğunu qeyd edib və bu silahların Donbas, Zaporojye, Xerson və Krımda mülki əhaliyə qarşı gündəlik istifadə edildiyini iddia edib.
Zaxarova bildirib ki, Afinanın Ukrayna ilə birgə PUA istehsalı və əməliyyatları planları Moskvada "Qərbin Rusiyanı cəbhə xəttində məğlub etmək strategiyasının davamı" kimi qəbul edilir: "Bu addım, bir çox Rusiya əleyhinə hərəkətlər kimi, bizim tərəfimizdən dəyərləndirildi. Cavab mütləq olacaq".
TAHİR