Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi təklif edilir. Belə ki, LDPR qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün miqrantlara pnevmatik silahların, elektroşokların, qaz və digər spreylərin satışının qadağan edilməsini təklif edib. Müvafiq qanun layihəsinin partiyanın lideri Leonid Slutskinin başçılıq etdiyi deputatlar tərəfindən Dövlət Dumasına təqdim olunacağı açıqlanıb.
Vladimir Jirinovskinin keçmiş partiyası hesab edir ki, mövcud qanunvericiliyə əsasən, miqrantlar bu əşyaları Rusiyada lisenziyasız ala bilərlər. L.Slutski hesab edir ki, qanunvericilikdəki mövcud boşluq miqrantlara "potensial təhlükəli cihazları" tamamilə qanuni yolla almağa imkan verir.
Mətləb