Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çali Tramp adminstrasiyasının hazırladığı sülh planının əslində Rusiya tərəfindən hazırlandığına eyham vurub.
Onun sözlərinə görə, Ukrayna ilə bağlı sözdə 28 maddəlik "sülh planı" Rusiyanın xüsusi əməliyyatıdır və bu rus işğalçıları tərəfindən "sülhün" əldə edildiyi barədə yalan təəssürat yaratmaq məqsədi daşıyır.
"Əslində, bu, böyük bir Rusiya xüsusi əməliyyatının bir hissəsidir. Təəssüf ki, onlar amerikalılar vasitəsilə müəyyən mövcud maraqlardan istifadə edərək bunu irəli çıxara bildilər", - deyə Çali vurğulayıb.
Onun fikrincə, həmin 28 madənin ingilis dilindəki mətnində ən azı üç yerdə rus dilindən birbaşa tərcümə açıq görünür: “İlkin mətnin rusca olduğunu açıq deyə bilərəm”.
Digər tərəfdən keçmiş səfir Ukraynaya təqdim edilən təklifin bir plan olduğuna inanmır, çünki ortada heç bir plan yoxdur: “Ukraynaya təqdim edilən təklifləri nəzərdən keçirilə bilən ümumi yanaşmalar adlandırmaq olar, lakin bu, plan deyil: "Çünki plan konkret şərtləri, hərəkətlər ardıcıllığını təmin edən sənəddir… Əgər onu Ukrayna tərəfi imzalayarsa, bu, plana çevrilə bilər. Bu baxımdan, Ukrayna diplomatları indi səhv etməməlidirlər”.
Çalinin sözlərinə görə, ABŞ-ın "sülh planı" ən böyük təhlükəni özündə ehtiva edən bir tələdir.
TAHİR