ABŞ prezidenti Tramp Ukrayna lideri Zelenskinin Vaşinqton tərəfindən hazırlanmış sülh planını təsdiqləmək məcburiyyətində qalacağını bildirib.
"Bizim sülhü təmin emək üçün bir yolumuz var. Ona da bu planı qəbul etmək düşəcək" - deyə Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib.
Əvvəllər Zelenskiyə "əlində kart olmadığını" dediyini xatırladan Tramp, Amerika tərəfinin "çoxlu insanın həyatını xilas etməyə çalışdığını" bildirib: "Sizə deyə bilərəm ki, əgər onlar planı bəyənməsələr, mübarizəni davam etdirəcəklər".
Zelenski planı rədd edəcəyi halda ABŞ-ın dəstəyini geri çəkib-çəkməyəcəyi sualına isə, Tramp belə cavab verib: "Zelenski gec-tez bir şeyləri qəbul etməli olacaq".
Qərarın tez bir zamanda qəbul edilməli olduğunu deyən Tramp "qışın soyuq olacağını" iddia edib. ABŞ prezidenti sülhün "gələcəyinə" inandığını bildirib.
TAHİR