Ukrayna Rusiya ilə qanlı toqquşmaları dayandırmaq üçün ABŞ tərəfindən hazırlanmış 28 maddəlik sülh planının layihəsini aldığını açıqlayıb. Zelenski yaxın günlərdə planı ABŞ Prezidenti Trampla müzakirə etməyi gözlədiyi bildirlib.
Ukrayna administrasiyasından bildirilir ki, Ukrayna xalqı üçün vacib olan fundamental prinsipləri müəyyənləşdirən Zelenski, müharibəyə ədalətli şəkildə son qoymaq üçün planın müddəaları üzərində işləməyə qərar verib.
Kreml Sarayının sözçüsü Dmitri Peskov planla bağlı verdiyi açıqlamada bildirib ki, istənilən sülh planı müharibənin kök səbəblərini həll etməlidir. Onun sözlərinə görə, Rusiya hazırda bununla bağlı ABŞ-la heç bir danışıqlar aparmır. "Real məsləhətləşmələr aparılmır. Əlbəttə ki, əlaqələrimizi davam etdiririk. Lakin hazırda məsləhətləşmələr kimi təsvir edilə biləcək heç bir iş getmir" – deyə Peskov bildirib.
TAHİR