Avstraliyada NSW Nationals partiyasının rəhbəri Dugald Saunders ailəvi səbəblər üzündən partiya sədrliyindən istefa verib. Avstraliya mediası yazır ki, bu qərar onun 19 yaşlı qızı Charlie Saundersin "OnlyFans" görüntülərinin yayılmasından sonra elan edilib. D. Saundersin tərəfdarları istefa qərarının qızının bu hərəkəti ilə bağlı olmadığını və ailəsinə fokuslanmaq istədiyini bildiriblər. İstefadan sonra partiyada yeni lider seçilmə prosesi başlanıb və Saunders Dubbo bölgəsinin deputatı olaraq qalıb.
Mətləb