ABŞ Dövlət katibi Marko Rubio Ağ Evin Moskva və Kiyevin mövqelərini nəzərə alaraq Ukraynadakı münaqişənin həlli üçün bir plan hazırladığını açıqlayıb.
O, hər iki tərəfin güzəştlərə razılaşmalı olacağını deyib.
Medianın məlumatına görə, plan 28 bənddən ibarətdir və Ukraynanın bir neçə ərazisindən, o cümlədən NATO-ya qoşulmaqdan imtina etməsini əhatə edir.
Qeyd edək ki, çərşənbə günü Axios Rusiya tərəfindən işğal edilmiş Ukrayna əraziləri üçün təklif olunan plan haqqında məlumat dərc edib.
Nəşrin məlumatına görə, plan bütün Donetsk vilayətinin Rusiyaya təslim edilməsini, ABŞ-ın Krım və Donbası Rusiya əraziləri kimi tanımasını və Zaporojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulmasını nəzərdə tutur.
"Ukrayna və onun tərəfdarları bunu Rusiyaya böyük bir güzəşt kimi qəbul edərdilər. Ağ Evin nöqteyi-nəzərindən, ABŞ rəsmisinin sözlərinə görə, müharibə davam edərsə, Ukrayna hər halda bu ərazini itirəcək və buna görə də dərhal razılığa gəlmək onun maraqlarına uyğundur", - Axios yazır.
Nəşrin məlumatına görə, Tramp administrasiyası Donbas ərazisinin, yəni Ukraynanın könüllü olaraq geri çəkiləcəyi Donetsk və Luqansk vilayətlərinin Rusiyanın nəzarətinə verilməsini, eyni zamanda silahsızlaşdırılmış zonaya çevrilməsini təklif edir.
Ukrayna tərəfi isə bunu "kapitulyasiyaya bərabər təklif" adlandırıb.
SAMİRƏ