ABŞ Prezidenti Donald Tramp Ceffri Epşteyn haqqında əvvəllər möhürlənmiş sənədlərin açıqlanması üçün qanun layihəsi imzalayıb.
Sənədlərdə insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçinin cinayətlərində iştirakı ehtimal olunan tanınmış şəxslərin adları ola bilər.
Qeyd edək ki, daha öncə Tramp bu sənədlərin açıqlanması mövzusunda tərəddüd edirdi, hətta bu barədə ona sual verən jurnalisti "yum ağzını, donuz!" deyə təhqir etmişdi.
SAMİRƏ