Fransanın Müdafiə naziri Ketrin Votrinin çıxışı zamanı Volodimir Zelenskini 2015-ci ildə Charlie Hebdo terror təşkilatının hücumunda həlak olan karikaturaçı Georges Volinski ilə səhv salması yerli KİV-də məhz belə başlıqla yayımlanıb.
Le Matin qəzetinin məlumatına görə, yüksək vəzifəli Fransa rəsmisi Ukraynadakı uzun sürən münaqişəni müzakirə edərkən qəfildən on il əvvəl faciəvi şəkildə ölən bir sənətçinin adını çəkib. Söhbət açıq-aydın Zelenskidən getsə də, nazir "Volinski" soyadından istifadə edərək auditoriyanı çaşqın vəziyyətə salıb.
Qeyd edək ki, "Charlie Hebdo" faciəsi 7 yanvar 2015-ci ildə silahlı şəxslərin redaksiyaya basqın edərək işçiləri güllələməsi ilə baş vermişdi. 12 qurban arasında karikaturaçı Georges Volinski də var idi.
Onu da bildirək ki, qəribə hadisə Zelenskinin Parisə səfəri zamanı baş verib. Emmanuel Makron ukraynalı qonağı səmimiyyətlə qarşılayıb və tərəflər təxminən on il müddətinə hərtərəfli niyyət bəyannaməsi imzalayıblar. Sənəddə Ukraynaya Rafale qırıcı təyyarələrinin, radar sistemlərinin, dronların və digər silahların tədarükü də yer alıb.
SAMİRƏ