Erməni arxiyepiskop Arşak Xaçatryan üç fərqli cinayət işi üzrə şahid kimi dindirilsə də, vəkili Arsen Babayan istintaqın onu təqsirləndirilən şəxs kimi təqdim etməyə çalışmasından narahatlığını bildirib.
"İşlərdən biri onun iştirak etdiyi iddia edilən məşhur video yazısı ilə bağlıdır, digər iki iş isə müxtəlif ittihamlarla bağlıdır. Aydındır ki, istintaq onu ittiham etmək məqsədi ilə aparılır. O, "qətl", "çirkli pulların yuyulması" və bir sıra digər absurd cinayətlərdə ittiham olunur. İlkin istintaqın gizliliyini nəzərə alaraq, çox şey açıqlaya bilmərəm. Amma deyə bilərəm ki, Nikol Paşinyanın Kilsəyə qarşı başlatdığı kampaniyanın bir hissəsi olaraq, arxiyepiskop Arşaka xüsusi münasibət göstərilir - o, ən absurd və müxtəlif ittihamlarla dindirilməyə çağırılır", - deyə Babayan Aysor.am saytına verdiyi müsahibədə bildirib.
Vəkil həmçinin qeyd edib ki, arxiyepiskopun dindirildiyi bu işlər bu və ya digər şəkildə keçmiş ruhanilərin və ya ruhani kimi təqdim edilən şəxslərin Facebook-dakı canlı yayımları ilə bağlıdır.
SAMİRƏ