Finlandiya Prezidenti Aleksandr Stubb NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə bildirib ki, əgər Avropa siyasətçiləri Ukraynanı öz büdcələrindən maliyyələşdirməyə davam etmək istəmirlərsə, Belçikanı dondurulmuş Rusiya aktivlərini buna xərcləməyə inandırmalıdırlar.
Stubb ümid edir ki, dekabr ayına qədər həll yolu tapılacaq, "çünki Ukraynanın yaşaması və yaşam uğrunda mübarizəsində onu maliyyələşdirməyə davam etməyimiz vacibdir".
Qeyd edək ki, Belçika təxminən 190-210 milyard avroluq Rusiya aktivlərini dondurub. Hazırda isə bu ölkə Avropa həmrəyliyinə mane olan tərəf kimi təqdim olunur. O üzdən Belçikaya həllin təcililiyi və hərəkətsizlik risqlərinin Rusiyanın mümkün qisas risqlərindən daha çox olduğu barədə daim xatırlatmalar vasitəsilə təzyiq göstərilir.
SAMİRƏ