İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlara hazır olduğunu, lakin tələbləri olduğunu bildirib. İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri Kamal Xərrazi CNN-ə bildirib ki, Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonla danışıqlara razıdır, lakin bu şərtlə ki, Ağ Ev İranın fikirlərini nəzərə alsın. "Onlar ilk addımı atmalı və bizimlə müəyyən etdiyimiz şərtlər əsasında danışıqlara hazır olduqlarını göstərməlidirlər. Bu, bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır"
Kamal Xərrazi həmçinin vurğulayıb ki, İran ABŞ ilə uranın zənginləşdirilməsinin səviyyəsini müzakirə edəcək, lakin onun dayandırılmasını yox və nüvə silahı hazırlamağa çalışmayacaq. İranın prioriteti yalnız nüvə proqramını müzakirə etməkdir, ballistik raket istehsalı deyil. Onun sözlərinə görə, Tehran nüvə yanacağından mülki məqsədlərlə, əsasən tibbdə istifadə etməyə çalışır. Xərrazi qeyd edib ki, o, ABŞ prezidenti Donald Trampa iranlı həmkarları ilə münasibətlərdə "müsbət yanaşma"nı məsləhət görür. Eyni zamanda o, İranın ABŞ ilə mümkün qarşıdurmaya hazır olduğunu və istənilən təhdidlərə cavab verə biləcəyini də qeyd edib.
SAMİRƏ