Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ barədə mühüm açıqlama verib. O qeyd edib ki, ölkəsi ABŞ-a yatırdığı investisiyanı 600 milyard dollardan bir trilyon dollara çatdıracaq. Bu barədə o, Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib. Tramp isə ABŞ-a 600 milyard dollardan çox investisiya qoymaqla bağlı qərara görə Səudiyyə Ərəbistanı şahzadəsinə təşəkkür edib. Dövlət başçısı bunun ölkədə yeni iş yeri imkanları yaradacağını əlavə edib.
Mətləb