ABŞ-la Rusiya arasında gərginliyi daha da artıran yeni bir xəbər yayılıb. Prezident Donald Tramp Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaları özündə ehtiva edən ikipartiyalı qanun layihəsini, yalnız son qərarı vermək hüququnu özündə saxlaması şərti ilə imzalamağa hazır olduğu açıqlanıb.
“Reuters” agentliyinə danışan ABŞ rəsmisi bildirib ki, Ağ Ev və prezident üçün sanksiyalar paketinə prezidentə son qərarı vermək hüququnu təmin edən bir bəndin daxil edilməsi həmişə vacib olub: “Əgər belə bir bənd daxil edilərsə, prezident qanun layihəsini imzalamağı nəzərdən keçirəcək".
Ağ Ev sözçüsü həmçinin bildirib ki, Tramp administrasiyası Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqları davam etdirir.
Respublikaçı konqresmen Lindsi Qrim və Demokrat Riçard Blumental tərəfindən hazırlanan qanun layihəsi, Rusiya nefti və qazını satın alan ölkələrə idxala 500 faiz gömrük vergisi tətbiq edilməsini nəzərdə tutur. Qanun layihəsi 2025-ci ilin yazında təqdim edilib və iki partiyanın da dəstəyini qazanıb.
Qanun layihəsinin əhəmiyyətindən danışan Qrim bildirib ki, bu Trampa Putini sülh masasına oturtmağa məcbur etmək üçün daha çox səlahiyyət verir.
TAHİR