Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya nümayəndələrinin 19 noyabrda Türkiyədə keçiriləcək Ukrayna ilə sülh danışıqlarında iştirak etməyəcək.
Peskovun sözlərinə görə, Moskva Kiyevdən öz təşəbbüslərinə cavab almayıb, qarşı tərəf Moskva ilə birbaşa danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləməyib. O, Zelenskinin İstanbuldakı qarşıdan gələn təmaslarının Rusiyanın iştirakı olmadan baş tutacağını vurğulayıb. Söhbət Ukrayna Prezidenti Zelenski ilə Türkiyə tərəfi arasında təmaslardan gedir və yəqin ki, bu danışıqlara ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff da qoşulacaq.
Peskov deyib ki, Moskva Ukraynanın hazırladığı və Zelenskinin Türkiyədə təqdim edəcəyi təkliflərin məzmunu ilə bağlı heç bir əlavə məlumat almayıb.
Kremlin sözçüsü, Putin görüşün nəticəsi barədə Moskvaya məlumat verilməsini zəruri hesab etdiyi təqdirdə Uitkoff və Türkiyə nümayəndələri ilə müzakirələrə açıq olduğunu deyib.
ZÜMRÜD