Rusiya sabir müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı Troyekurovskoye qəbiristanlığında planlaşdırılan sui-qəsd cəhdinin qarşısı alınıb.
"Moskovskiy Komsomolets" qəzetinin məlumatına görə, sui-qəsd cəhdinin Şoyqunun bu yaxınlarda vəfat etmiş qohumlarını ziyarət edərkən baş verməsi planlaşdırılırmış.
Qeyd edilir ki, qç gün əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) "Rusiyanın yüksək vəzifəli məmurlarından birini" hədəf alan sui-qəsd planının qarşısı alındığını açıqlayıb. Ancaq FSB bu açıqlamada hədəfin adını açıqlamayıb.
“Kommersant”ın məlumatına görə, əməliyyat zamanı iki Rusiya vətəndaşı və bir Orta asiyalı saxlanılıb. Saxlanılan Rusiya vətəndaşlarının əvvəllər məhkumluğu və narkotik asılısı olduğu bildirilir.
Iddialara görə, sui-qəsd planının arxasında Kiyevdə yaşayan, Rusiya hakimiyyəti tərəfindən silah qaçaqmalçılığı və başqa bir cinayətə görə axtarışda olan Celoliddin Şamsov dayanır.
Bundan başqa, istintaq zamanı saxlanılan şübhəlilərin telefonlarındakı mesajlaşma tətbiqlərində Ukrayna kəşfiyyat xidmətləri ilə əlaqəli bir şəxslə yazışmaların aşkar edildiyi iddia edilir.
TAHİR