Süni intellektin nəzarətsiz inkişafı və istifadəsi qəbuledilməz dərəcədə muxtariyyətə malik silahların yaranmasına səbəb ola bilər. TASS-ın xəbərində deyilir ki, bu barədə BMT Baş katibinin müavini, rəqəmsal texnologiyalar üzrə xüsusi elçi Amandip Gill bəyan edib. "O, həqiqətən, güclü texnologiyadır və mövcud silah sistemlərinin inkişafını sürətləndirə bilər. Gələcəkdə hazırkı avtomatlaşdırılmış olanlardan daha yüksək muxtariyyətə malik sistemləri görə bilərik. Bu sistemlərin bəzilərində muxtariyyətin artmasına açıq tendensiya mövcuddur", – deyə BMT rəsmisi bildirib. O, Əbu-Dabidə keçirilən ADIPEC enerji konfransında iştirak edib.
BMT Baş katibinin müavininin sözlərinə görə, hökumətlər silahlar üzərində insan nəzarətini qoruyub saxlamalı, hədəf seçimi barədə qərar qəbul edən hərbi personalın məsuliyyətini və hesabatlılığını təmin etməlidir.
Mətləb Salahov