Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğında 9-u uşaq olmaqla, 12 nəfər həlak olub. Bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb. "Jetisay rayonunun Alğabas kəndində iki mərtəbəli fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub. Yanğının kəşfiyyatı və söndürülməsi zamanı evdən huşsuz vəziyyətdə üç nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9-u uşaq olmaqla, 12 nəfərin meyiti aşkar olunub", – FHN-dən bildirilib. Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
Mətləb