Macarıstanın Baş naziri Viktor Orban növbəti seçkilərdə məğlubiyyətdən qorxmadığını bildirib. Orban bu bəyanatı son sosioloji sorğuların Orbanın əsas rəqibi, “TISZA” partiyasının lideri Peter Maqiarın ondan xeyli irəlidə olduğunu göstərməsi fonunda verib.
Orban müxalifətdə olmaq “təcrübəsinə” malik olduğunu və mümkün siyasi gələcəyindən narahat olmadığını bildirib: “Mən təkcə baş nazir olmaqda deyil, həm də müxalifətin lideri olmaqda rekordçuyam. Təcrübəm var. 16 ilimi müxalifətin liderliyində keçirmişim”.
Baş nazir Avropa İttifaqını da tənqid edib və qarşıdakı seçkilərdə əsas rəqibinin Maqiar deyil, Brüssel olduğunu bildirib. Orban Avropa İttifaqının Macarıstanı şantaj etdiyini deyib: “Avropa İttifaqı bizim üçün təhlükədir. Onlar bizi şantaj edirlər. Onlar bizi iqtisadi və maliyyə cəhətdən boğmağa çalışırlar. Brüssel Macarıstanda hakimiyyəti dəyişmək istəyir. Onlar Macarıstanda Polşada etdikləri kimi, Brüsselin miqrasiya, iqtisadiyyat və müharibə məsələləri ilə bağlı göstərişlərini yerinə yetirən hökumətin olmasını istəyirlər”.
TAHİR