Müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius Rusiyanın iki və ya dörd ilə NATO-nun müdafiə qabiliyyətini sınaqdan keçirmək məqsədilə Baltikyanı bir dövlətə hücum edəcəyini deyib.
Avropa İttifaqına üzv ölkələrin kəşfiyyat xidmətlərinin ictimai bəyanatlarına istinad edən komissar, Putinin NATO nizamnaməsinin 5-ci maddəsini (kollektiv müdafiə) növbəti 2 və ya 4 il ərzində, 2030-cu ilə qədər sınaqdan keçirməyə hazır ola biləcəyini bildirib: “Biz sadəcə olaraq, belə bir halda Baltikyanı ölkələrdən birinin Kremlin yeni təcavüzünün hədəfi olacağını ehtimal edə bilərik. Bu, bütün NATO-ya və bütün Avropa İttifaqına qarşı təcavüz olacaq”.
Onun sözlərinə görə, NATO və Avropa İttifaqına üzv dövlətlər Ukraynadakı cari müharibədən nəticə çıxarmalı və müdafiə planlarını sürətləndirməlidirlər.
TAHİR