ABŞ Prezidenti Donald Tramp Amerika Birləşmiş Ştatlarının Venesuela Prezidenti Nikolas Maduro ilə ola bilsin danışıqlara başlayacağını bildirir.
Xarici media yazır ki, Tramp Maduro ilə hansı məsələlər haqda danışacağını dəqiqləşdirməyib. O, Amerika Birləşmiş Ştatlarının Maduroya təzyiq göstərməyə davam edəcəyini deyib.
Bu arada, adı açıqlanmayan ABŞ rəsmiləri “Reuters”ə bildiriblər ki, Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ötən həftə Ağ Evdə Venesuelaya qarşı mümkün hərbi əməliyyatlar variantlarını müzakirə etdikləri üç görüş keçiriblər. Ağentliyin məlumatına görə, yüksək vəzifəli rəsmilər ölkə daxilində quru zərbələri imkanını müzakirə ediblər.
TAHİR