Gürcüstanın rəsmi hakimiyyətinə müraciət edirik, Saakaşvilini Ukraynaya olmasa belə, heç olmasa başqa bir ölkəyə tibbi məqsədlərlə aparmağımıza imkan versinlər. Bu haqda Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podoliak “TV Pirveli”yə müsahibəsində deyib.
O, Saakaşvilinin Gürcüstandan çıxarılması məsələsinin Ukraynanın gündəliyinin bir hissəsi olduğunu deyib: “Ukrayna bu məsələ üzərində fəal şəkildə işləyir. Prezident Zelenski Saakaşvili ilə bağlı mövqeyini dəfələrlə ifadə edib, çünki biz onu Ukraynanın tamhüquqlu vətəndaşı hesab edirik və bununla yanaşı, onun Gürcüstanın qəlbi olduğunu başa düşürük. Avropalı və ya amerikalı həmkarlarımızla birlikdə müraciətlər edirik, istər Xarici İşlər Nazirliyi, istərsə də Prezident Ofisi olsun. Bir daha Gürcüstanın rəsmi hakimiyyətinə müraciət edirik, Saakaşvilini Ukraynaya olmasa belə, heç olmasa başqa bir ölkəyə tibbi məqsədlərlə aparmağımıza imkan versinlər. Başqa bir hüquqi forma ortaya çıxarsa, Ukrayna Prezidenti bu düsturlardan istifadə edəcək. Mənim üçün Mixeil Saakaşvilinin həyatı, sözsüz, çox vacib və qiymətlidir”.
TAHİR