Bazar günü günü, 08 noyabr 2026
     

NATO-nun konsepsiyası Rusiya ilə müharibəyə doğru dəyişdirilir

Image


Ukraynadakı müharibədən sonra Rusiya və NATO arasında ziddiyyətlər getdikcə daha gərgin xarakter almağa başlayıb. İndi tərəflərin hərbi müstəvidə üz-üzə gəlmə ehtimalı sürətlə artır. Belə bir vaxtda NATO daha bir diqqətçəkən addım atıb.

Məlumata görə, NATO Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ilə bağlı özünün şərq cinahındakı mövqelərində çəkindirmə siyasətini yenidən nəzərdən keçirir.

“The New York Times” qəzetinin yazdığına görə, NATO “cavab zərbəsi ilə çəkindirmə” konsepsiyasını “zərbəyə yol verilməməsi” konsepsiyası ilə əvəzləyəcək. Alyansın müdafiə konsepsiyasının dəyişdirilməsi barədə NATO-nun keçmiş və indiki əməkdaşları da bir müddət idi ki, fikir yürüdürdülər. Qəzet yazır ki, bundan əvvəlki konsepsiyada Rusiya ilə münaqişə təqdirində Baltik ölkələri və ya Polşa kimi NATO üzvlərinin ərazilərinin Rusiya tərəfindən müvəqqəti işğalına yol verilirdi. Konsepsiyaya görə, bu ərazilər alyansın əsas qüvvələrinin, ən başlıcası ABŞ qüvvələrinin gəlişinə qədər işğalda qala bilərdi. Bundan sonra tətbiq olunacaq ikinci konsepsiya “zərbəyə yol verməməklə çəkindirməni” nəzərdə tutur. Bu konsepsiya NATO-nun üzv ölkələrinin hər hansı ərazilərinin heç bir işğalına yol verilməməsini ehtiva edir. Məqalədə deyilir ki, NATO-nun Polşa və Baltik ölkələri kimi üzvləri Ukrayna müharibəsinin təcrübəsini nəzərə alıblar. Rusiyanın Ukraynaya hücumu başlanan kimi ölkənin böyük əraziləri Moskvanın nəzarətinə keçib və Ukrayna hüquq-mühafizə orqanlarının və beynəlxalq təşkilatların dediyinə görə, bu ərazilərdə dinc əhaliyə qarşı çoxsaylı hərbi cinayətlər törədilib. 2022-ci ilin oktyabrınadək NATO baş katibinin müşaviri kimi çalışmış Kamil Qrand deyib ki, NATO ərazisinin hər bir qarışının hücumun ilk günündən müdafiəsinin zəruriliyi məsələsində alyansın mərkəzi və şərqi Avropada olan üzvləri israr edir. Bu da qeyd olunur ki, “yol verməməklə çəkindirmə” konsepsiyası NATO-nun Rusiya ilə sərhədlərində daimi əsasda çox sayda alyans qoşunlarının cəmləşdirilməsini, ABŞ və onun müttəfiqlərinin hərbi planlarının inteqrasiyasını tələb edir. Deməli, Rusiya sərhədlərinə daha çox sayda NATO ordusu cəmləşdiriləcək. Bu da qeyd olunur ki, NATO-nun şərq cinahının gücləndirilməsi Rusiyanı çəkindirəcək səviyyədə olmalıdır. Bu konsepsiyaya keçilməsi üzv ölkələrin hərbi xərclərinin ÜDM-in azı 2 faizinə çatdırılmasını nəzərdə tutur. Belə düşünülür ki, əgər NATO-nun böyük ölkələri qarşıdan gələn 10 ildə bu xərcləri ÜDM-in 3 faizinə çatdıra bilsələr, sözügedən konsepsiya həyata keçirilə bilər. Burada onu da xatırladaq ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan alyansın Rusiya ilə qonşu ölkələrində qoşun sayı kəskin artırılıb. Bundan başqa, bu ay NATO-ya daha bir üzv – Finlandiya qoşulandan sonra alyansın Rusiya ilə sərhədi iki dəfə uzanıb. Buna baxmayaraq, NATO-nun Rusiya ilə həmsərhəd ölkələrdə yerləşdirdirə biləcəyi qoşun sayı ilə bağlı bir sıra məhdudiyyətlər hələ də qalır.

NATO-nun baş katibi Yens Stoltenberq isə qeyd edir ki, qurum Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcburdur. O iddia edir ki, Rusiya prezidenti Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır. Yens Stoltenberq bildirib ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”. Baş katibin sözlərinə görə, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək. Kreml də  bütün bunlara səssiz qalmır. Kremlin sözçüsü Dmitri Peskov qeyd edir: “NATO, Qərb dövlətləri üzündən Ukraynada müharibənin sülh yolu ilə həlli perspektivi yoxdur. Rusiyanın yeganə yolu döyüşləri davam etdirməkdir”. Peskov bildirib ki, NATO Rusiya sərhədlərinə doğru genişlənir: “Biz qitədə təhlükəsizlik arxitekturasının balanslaşdırılması üçün tədbirlər görürük. Rusiya alyansa yaxınlaşmır, əksinə, NATO bizə doğru genişlənir". Kremlin sözçüsü vurğulayıb ki, Moskva NATO üzvlərinin həyata keçirəcəkləri təlimləri çox diqqətlə izləyəcək. Bu arada İsveçdə NATO-ya üzv ölkələrin iştirakı ilə “Avrora-23” beynəlxalq hərbi təlimləri başlayıb. Bu, son 25 ildə ölkə ərazisində keçirilən ən böyük hərbi təlimdir. Quru, dəniz və hava qüvvələrinin iştirak etdiyi təlimin məqsədi İsveçin müdafiə qabiliyyətini artırmaqdır. Təlimdə Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, Latviya, Litva, Norveç, Polşa, ABŞ, Ukrayna, Fransa, Finlandiya, İsveç və Estoniyadan olan 26 min hərbçi iştirak edir. Bundan başqa, Polşa NATO hərbçiləri ilə “Anakonda-23” hərbi təlimlərinə hazırlaşır. Hava Hücumundan Müdafiə Qoşunları ilk dəfə sovet istehsalı olan texnikasız təlim keçir. Təlimdə 13 minə yaxın hərbçi iştirak edəcək. Bu, alyansa üzv ölkələrin ordularının iştirak etdiyi 9-cu ən böyük təlimdir. Belə təlimlər Rusiyada ciddi narahaqlıqla qarşılanır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ