Bazar ertəsi günü, 09 noyabr 2026
     

Çinlə Qərbin qarşıdurması daha sərtləşdi...

Image


Ticarət müstəvisində Azərbaycanın əsas tərəfdaşlarından biri olan Çində baş verən son olaylar bu ölkəni yenidən dünyanın diqqət mərkəzinə gətirib. Məsələ burasındadır ki, hazırda dünyanın geosiyasi müstəvisində əsas oyunçulardan birinə çevrilməyi bacarmış Çin qarşıdakı 5 il ərzində indiki siyasətini davam etdirəcək.

Bu da o deməkdir ki, Çin dünya geosiyasətində Qərbin əsas rəqiblərindən biri, Rusiyanın başlıca müttəfiqi statusunda qalmaqda davam edəcək. Belə vəziyyətdə qlobal geosiyasi çəkişmələrin daha da dərinləşməsi qaçılmaz hesab olunur.

Qeyd edək ki, Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayında partiyanın yeni formalaşmış 205 nəfərlik Mərkəzi Komitəsinin oktyabrın 23-də keçirilmiş ilk plenumunda ÇKP-nin Mərkəzi Komitəsinin hazırkı baş katibi, Çin Xalq Respublikasının sədri Si Tzinpin yenidən Mərkəzi Komitənin baş katibi seçilib. Si Tzinpin Çin kommunist inqilabının lideri Mao Tzedundan sonra 3-cü dəfə partiyanın rəhbəri seçilən ilk şəxsdir. ÇKP-nin Mərkəzi Komitəsinin baş katibi seçilən şəxs Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının növbəti illik iclasında Çin Xalq Respublikasının sədri vəzifəsinə yeganə namizəd olur. 2018-ci ildə ölkə konstitusiyasına edilmiş dəyişiklik bir nəfərin 2 dəfədən çox ÇXR sədri seçilməsinə olan məhdudiyyəti aradan qaldırıb. 1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və 1949-cu ildə Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına görə dünyada ən böyük siyasi partiyalardan biridir. Onun üzvlərinin sayı 96 milyona çatır. Beləliklə, Çin möcüzəsinin növbəti beşilliyi başlayır. Amma Çini yarım əsrdən də az müddət ərzində yoxsul bir ölkədən dünyanın ikinci iqtisadiyyatına çevirmiş, həyat səviyyəsinə görə Rusiyanı ötüb keçməsinə və dünya lideri ABŞ-a meydan oxumasına şərait yaratmış möcüzənin indi ən zəif vaxtıdır. Çünki Çinin Qərblə münasibətləri korlanıb, ölkə iqtisadiyyatı yavaşlayıb. Dəmir yumruq və mərkəzi planlaşdırma siyasəti koronavirus dövründə ölkənin total şəkildə qapanmasına və Rusiya  kimi bir müttəfiqə məhkum olmasına gətirib çıxarıb. Amma Si Cinpin işlərin plan üzrə getdiyinə əmindir. O, problemləri həll edəcəyini düşünür və seçilmiş yoldan imtina etmək fikrində deyil. Bu yolu davam etdirmək üçün 69 yaşlı Si Tzinpin üçüncü dəfə vəzifəsində qalaraq daha beş il partiyaya və ölkəyə  rəhbərlik edəcək. Si Tzinpin sədrin ən azı on ildə bir dəfə dəyişməsi və Siyasi Büro üzvlərinin 68 yaşdan gec olmayaraq təqaüdə göndərilməsi ənənəsini pozan lider kimi də Çin tarixinə düşüb.

Çin Kommunist Partiyasının qurultayında iki saatlıq nitq söyləyən Si Tzinpin heç nəyi dəyişdirməməyə söz verib. Dəyişməz sədrin çıxışından məum olub ki, beş əsas istiqamət olduğu kimi qalacaq:  1.“Sıfır kovid”: insanların həyatını və iqtisadiyyatı qorumaq üçün uzunmüddətli karantin; 2.Dünya liderliyinə iddia və Qərbin inkişaf modelinə əsas alternativ; 3.Ölkənin təhlükəsizliyi də daxil olmaqla, iqtisadiyyatın və texnologiyanın inkişafı; 4.“Ümumi rifah” naminə sərvətin çinlilər arasında yenidən bölüşdürülməsi; 5.Tayvanın yenidən Çinə birləşdirilməsi. Amma bütün bunları həyata keçirmək üçün Çinin üç əsas problemi həll etməsi vacibdir. Bunlar koronavirus, keçid dövrü və dünyadakı çətinliklərdir. Artıq üçüncü ildir ki, ölkə fasiləsiz karantin şəraitində yaşayır. Yeni dalğanın ilk əlamətləri üzə çıxan kimi bütöv bir şəhərdə insanları evlərinə qapadırlar. Bu, istehlakı, ticarəti, turizmi azaldır. İqtisadiyyat yavaşlayır, sosial narazılıq artır. Bir çoxları ümid edirdi ki, qurultaydakı çıxışında Si Tzinpinin karantinin yumşaldılacağına dair hansısa eyhamları olacaq, amma bu baş vermədi. Çinin digər ən böyük problemi daşınmaz əmlak bazarındakı böhrandır. Bu böhran yeni başlayır və hələ bir neçə il Si Tzinpin üçün başağrısı olacaq. Son illərdə qiymətlərin və tikintinin sürətli yüksəlişi Çin iqtisadiyyatının ümumi artımına böyük töhfə verib. Əhalinin ümumi sərvətinin üçdə ikisini mənzillər təşkil edir. Bu artım 1990-cı illərdə çinlilərə mənzil almağa icazə verilməsilə başlayıb və urbanizasiyaya görə davam edib. Amma son iki ildə tikinti şirkətləri üçün kredit şərtləri sərtləşdirilib, daha riskli şirkətlərin müflis olmasına imkan verilib. Qiymətlər enib, insanlar mənzil almağı təxirə salmağa başlayıblar və uzunmüddətli tikinti üçün ipoteka ödəməkdən imtina ediblər. Bütün bunlar banklara problemlər yaradıb. Çində daşınmaz əmlakın ümumi dəyəri 52 trilyon dollar civarında qiymətləndirilir. Hakimiyyət bu böhranın öhdəsindən gələ bilməsə, vəziyyət nəzarətdən çıxa və 1990-cı illərin əvvəllərində Yaponiyada və 2008-ci ildə ABŞ-da olduğu kimi iqtisadiyyatın geriləməsiylə nəticələnə bilər. Bundan başqa, Çinin yüksələn artım potensialı bitib, indi hakimiyyət iqtisadiyyatın “inkişaf etməkdə olan” modelindən əsas etibarilə istehlaka əsaslanan “inkişaf etmiş” modelinə keçməyə çalışır.  Burada da müəyyən problemlər var. Birincisi, demoqrafiya mane olur. “Bir ailə, bir uşaq"” siyasəti Çini qocalmış ölkəyə çevirib. Gənclər arasında işsizliyin səviyyəsi isə rekord həddə çatıb,  demək olar ki, 20%-dir. İmkanı olan, istəyən hər kəs çoxdan kənddən şəhərə köçüb. Hazırda çinlilərin 60%-dən çoxu şəhərlərdə yaşayır. Sənayedə, enerjidə, infrastrukturda, daşınmaz əmlakda çatışmayan nə vardısa, hamısı artıq tikilib. Yoxsulluq illərindən yığılıb qalmış təklif defisiti qapanıb, yeni tələbin yaradılması tempi isə xeyli aşağıdır.

Pandemiya da bu sahədə problem yaradıb. Məhz pandemiya səbəbindən Çin dünyanın mal fabriki, dünyanın ən böyük istehlak bazarı, dünyanın ən böyük enerji idxalçısı və dünyanın bir nömrəli ticarət dövləti mövqeyini itirdi.Avropada, yəni yarım milyard insanın yaşadığı ən zəngin bazarın yerləşdiyi məkanda müharibə başlaması isə vəziyyəti daha da qəlizləşdirib. Kremlin Avropa İttifaqına qarşı qaz müharibəsi başlatması nəticəsində Qərb istehlakçılarını Çin mallarına daha az pul xərcləmək məcburiyyətində qoyan qlobal enerji böhranı yarandı. Rusiyanın  Ukraynada başlatdığı müharibənin Çin üçün ikinci xoşagəlməz nəticəsi Qərblə münaqişənin kəskinləşməsidir. Onsuz da Honq-Konqda azadlıqların məhdudlaşdırılmasına, uyğurlara qarşı repressiyalara və Tayvanla bağlı aqressiv ritorikaya görə əvvəldən də Qərb və Çin arasında gərginlik vardı. Si Tzinpinin siyasəti nəticəsində son illərdə Çin Qərbin strateji rəqibi mövqeyində möhkəmlənib, Rusiyanın Ukraynaya müdaxiləsini pisləməkdən imtina etməsi isə münasibətləri tamamilə korlayıb. Çin Rusiyaya silah və pulla deyil, yalnız diplomatik səviyyədə dəstək verdiyi üçün ABŞ hələ ki, bu ölkəyə ikinci dəfə sanksiya tətbiq etmir. Bununla belə, indiki ABŞ  administrasiyası nəinki Donald Tramp dövründə tətbiq edilən ticarət məhdudiyyətlərini aradan qaldırmadı, üstəlik, Çinə texnologiya transferilə bağlı qadağaları daha da sərtləşdirdi ki, bu da Çini tədricən Qərblə əməkdaşlığıqdan münaqişəyə sürüklədi. Amma Çinin iqtisadi artım üçün nəhəng ehtiyatları var. Mövcud problemlər tez bir zamanda həll edilməsə belə, iqtisadçılar Çin iqtisadiyyatının ildə 4% artacağını proqnozlaşdırır. Bu templə Çin iqtisadi böyüklüyünə görə ABŞ-ı yalnız növbəti onilliyin ortalarında ötüb keçəcək. Hər şey plana uyğun getsə və Qərb resessiyadan yayına bilsə, bu artım 5%-dən çox ola bilər. "Bloomberg Economics" iqtisadçılarının hesablamalarına görə, belədə Kommunist Partiyası iqtisadiyyatı 2020-ci ildən 2035-ci ilə qədər iki dəfə böyütmək hədəfinə nail olacaq.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ