Bazar ertəsi günü, 09 noyabr 2026
     

İran özünü Qərbin daha sərt iqtisadi və növbəti hərbi hədəfinə çevirdi

Image


Ukraynanın paytaxtı Kiyev şəhərinə oktyabrın 17-si səhər saatlarında kamikadze dronlar vasitəsilə yenidən hücum olub. Dronların bəziləri zərərsizləşdirilsə də, Kiyevdə partlayış səsləri eşidilib.

Kiyev şəhər meri Vitali Kliçko partlayışın paytaxtın Şevçenko ərazisində baş verdiyini açıqlayıb. Dağıntının olduğu qeyd edilir. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Rusiya İrandan aldığı dronlar vasitəsilə növbəti hücumu reallaşdırıb: “Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”. Qeyd edək ki, bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın İrandan 2 400 dron aldığını bildirmişdi. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, onların çoxu ya istifadə edilib, ya da vurulub: “Rusiyanın İran istehsalı olan 300 kamikadze-dronu qalıb”. Onun sözlərinə görə, Rusiya Ukraynanı İran dronları ilə vurur. Nazir bildirib ki, Moskva daha bir neçə min pilotsuz uçuş aparatı (PUA) almağa cəhd edir. Rusiyanın İrandan əsas etibarı ilə “Shahed-136” dronları aldığı vurğulanır. ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri isə qeyd edir ki, Rusiya İranla “Arash-2” pilotsuz uçuş aparatlarının tədarükü ilə bağlı yeni müqavilə imzalamış ola bilər. Hərbi ekspertlər Rusiya və Ukrayna teleqram kanallarına adı açıqlanmayan İran mənbələrindən “sızan” xəbərlərə istinad edirlər. Alınan dronların sayı məlum deyil. İran Quru Qoşunlarının komandanı, briqada generalı Kiomars Heydəri bildirib ki, “Arash-2” PUA-ları uzaq məsafə qət etmə üzrə imkanlara malikdir və İrandakı bazalardan İsrailin Tel-Əviv və Hayfa kimi şəhərlərinə hücum edə bilir. Bu fonda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Portuqaliyanın xarici işlər naziri Qomez Cravinno ilə telefon danışığında ölkəsinin Rusiyaya silah satmasını təkzib edib: “İran müharibə aparan tərəflərin heç birinə silah-sursat verməyib. Bu barədə söylənilən fikirlərin əsası yoxdur”. Amma o da məlumdur ki, Ukrayna mütəxəssisləri vurulan PUA-ları analiz ediblər. Mühərriklərdə cihazların nömrələrinin fars dilində yazıldığı aşkar olunub. Ukrayna Silahlı Qüvvələri bu barədə məlumatı bildirdikdən sonra Avropa İttifaqı İrana qarşı kəskin bəyanatlarla çıxış etdi və rəsmi Tehran işğalçını dəstəkləməkdə ittiham olundu. Daha sonra İran PUA-ları hərb meydanında daha çox görünməyə başladı ki, buna cavab olaraq Avropa İttifaqı İrana qarşı sanksiya tətbiq edəcəyini bildirdi. Əmir Abdullahian isə qeyd edib ki, rəsmi Tehran Rusiya ilə əməkdaşlıq edir. Lakin Ukraynada aparılan hərbi əməliyyatlar üçün Rusiyaya silah verməyib. Buna baxmayaraq, Avropa İttifaqı məsələni gündəliyə salıb və müzakirəyə çıxarmaq qərarına gəlib ki, bu da İranı narazı salıb. Əlbəttə, bu gün iqtisadiyyatı o qədər də ürəkaçan olmayan İrana qarşı əlavə sanksiyalar ağır nəticələrə səbəb ola bilər. Uzun müddətdir sanksiyalar altında yaşayan İranın həyata keçirdiyi iqtisadi tədbirlər böyük uğurlarla nəticələnməyib. Dünya bazarlarına çıxışın ABŞ sanksiyalarının nəticəsi olaraq bağlanması, neft və qazını məhdud həcmdə ixrac edə bilməsi və digər beynəlxalq məhdudiyyətlər İran iqtisadiyyatına güclü mənfi təsir göstərir. Bu gün İranda baş verən kütləvi etiraz aksiyalarının da əsasında iqtisadi problemlər dayanır. Məsiha Əmini adlı 22 yaşlı qızın sentyabrın 15-də əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölməsi isə İran cəmiyyətinin narazı bölümünün kütləvi şəkildə etirazına stimul verdi. Düzdür, Tehranda və digər böyük şəhərlərdə etirazlar yatırılıb. Lakin bu heç də rahat olmaq üçün əsas vermir. Belə bir dönəmdə yeni sanksiyaların tətbiqi yaşayış səviyyəsi onsuz da yüksək olmayan əhalinin sosial vəziyyətini daha da gərginləşdirəcək ki, bu da təbii olaraq kütləvi etirazlara səbəb olacaq. İndiki zamanda ikinci bir etiraz dalğasının yüksəlməsi İran hakimiyyətinə qətiyyən lazım deyil. Bu səbəbdən də İranın xarici işlər naziri avropalı həmkarları ilə əlaqə saxlayaraq ölkəsinin nə Rusiya, nə də Ukraynaya hər hansı bir yolla silah-sursat vermədiyini bəyan edir. Avropa İttifaqının İrana qarşı sanksiyalar tətbiq edib-etməyəcəyini zaman göstərəcək. Lakin İran Rusiya ilə nə qədər sıx əlaqə saxlasa, bir o qədər də sanksiya təhlükəsi olacaq.  Eləcə də İranın PUA istehsal edən müəssisələrinə Qərb ölkələrinin hərbi zərbələr endirməsi məsələsi də gündəmə gəlib. Bu arada isə bəlli olub ki,  İran gizli şəkildə Rusiyaya təkcə pilotsuz aparatlar deyil, həm də “yer-yer” tipli ballistik raketlər verməyə razılaşıb. Bu barədə “The Washington Post” ABŞ kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb. Söhbət uçuş məsafəsi müvafiq olaraq 300 və 700 kilometr olan “Fateh-110” və “Zülfikar” raketlərindən gedir. Həmçinin nəşrin məlumatına görə, İran Rusiyaya onlarla “Mohajer-6” və “Şəhid-136” kamikadze pilotsuz aparatlarının yeni partiyasını tədarük etməyi planlaşdırır. “The Washington Post” qəzeti avqustun sonlarında İranın ilk pilotsuz uçuş aparatlarını Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya çatdığını yazıb. Sentyabrda Odessa şəhəri və Odessa vilayətində bir neçə PUA zərbələri qeydə alınıb. Oktyabrın 15-də Zaporojye vilayətinin başçısı Aleksandr Starux bildirib ki, İranın “Şahed-136” kamikadze pilotsuz aparatları tərəfindən Zaporojyeyə dörd zərbə endirilib. Rusiyanın İranın kamikadze pilotsuz aparatlarına ehtiyacı isə hərb sənayesində üzləşdiyi çətinliklərlə bağlıdır. Belə ki, Rusiyanın hərbi müəssisələri Ukraynadakı əməliyyatlarda lazım olan kritik silahların istehsalı ilə bağlı ciddi problemlərlərlə üzləşib. ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun sözlərinə görə, Rusiyanın hərbi sənayesinin belə bir çətinliklə üzləşməsinə səbəb mikroelektronikaya çıxışdan məhrum edən beynəlxalq sanksiyaların tətbiqidir: “Rusiyada hərbi-sənaye kompleksi üçün vacib olan mikroelektronika tükənir və Rusiya rəsmiləri onların kifayət qədər xarici komponentlərə malik olmamasından narahatdırlar”. ABŞ rəsminin iddiasına görə, artıq Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından ikisi istehsalı müvəqqəti dayandırıb. Amma məlumatda həmin şirkətlərin adları açıqlanmır. Bundan əlavə, məlumatda müharibə başlayandan bəri Rusiya ordusunun 6 min texnika itirdiyi qeyd edilir və həm də əlavə edilir ki, silah-sursat yeri doldurulmadan daha tez tükənir. “The New York Times” qəzetinin Ağ Evin məxfilikdən çıxarılan hesabatından əldə etdiyi məlumatlarda isə deyilir ki, Rusiya hələ may ayında texnika və silah çatışmazlığı yaşamağa başlayıb, eyni zamanda digər dövlətlərin müdafiə sifarişlərinin yerinə yetirilməsi ilə bağlı problemlər yaranıb. Söhbət təkcə yüksək texnologiyalı komponentlərdən deyil, həm də sadə detallardan gedir. Hesabatda bu səbəbdən də tank, təyyarə və digər avadanlıqların təmirinin çətinləşdiyi vurğulanır. Bundan əvvəl Britaniya kəşfiyyatı da Rusiyada sursat çatışmazlığı barədə məlumat verib.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ