Cümə günü, 13 noyabr 2026
     

AMEA-da doktor, doktorantura təhsilinin haqqı böyük sürətlə qalxır - elmə meyl təhlükə qarşısındadır

Image


“Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi müəssisələrdə doktorantura təhsilinin ödənişli olması akademiya rəhbərliyi tərəfindən atılan çox zərərli bir addımdır”

 

Bu gün ölkəmizdə doktorantura və dissertantura təhsilinə marağın elə də çox olmadığı məlumdur. Bu təhsil pilləsində ortada olan çətin şərtlər gənclərin bu sahələrə meyl etməsinin qarşısını kəsir. Amma buna baxmayaraq, elmə gəlmək istəyən gənclər var və onlar doktoranturada, eləcə də dissertanturada təhsil almaq istəyirlər.

Bildiyimiz kimi son illər yalnız ölkənin ali təhsil müəssisələrində deyil, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aidiyyatı elmi-tədqiqat institutlarında da doktorantura və dissertantura üzrə təhsil verilir. AMEA bunu elmi-tədqiqat institutlarının özlərinə ixtisaslı kadrlar hazırlaması ilə izah edir.

AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov mətbuata açıqlamasında bildirib ki, bu ildən ilk dəfə olaraq, Azərbaycan Milli Elmlər Akademiyası sistemindəki elmi müəssisələrdə doktorantura təhsili ödənişli əsaslarla da həyata keçiriləcək.

İndiyədək doktoranturada ödənişli təhsilin olmadığını deyən Ə.Sadıqov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq, təhsil haqları elmi müəssisələrin özləri tərəfindən müəyyən edilir. Təhsil haqları bu və ya digər ixtisas üzrə aparılan elmi tədqiqat işlərinə sərf olunan xərclər əsasında formalaşır.

Akademik katib qeyd edib ki, Azərbaycan vətəndaşları üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertantura təhsili üçün illik təhsil haqları bütün ixtisaslar üzrə 1000 manat müəyyən edilib: “Yaranan xərclərlə əlaqədar bir necə ixtisas bu məsələdə istisnalıq təşkil edir. Bu, Biologiya və Tibb Elmləri, eyni zamanda Yer Elmləri bölməsi üzrədir. Biologiya, tibb elmləri üzrə illik təhsil haqqı 2000 manat, digər bölmə üzrə 1500 manat müəyyən edilib”.

Ə.Sadıqov onu da qeyd edib ki,  Azərbaycan vətəndaşları üçün elmlər doktoru proqramı üzrə doktorantura və dissertantura təhsili üçün illik təhsil haqları bütün ixtisaslar üzrə 1200 manat müəyyən edilib: "İstisnalıq təşkil edən Biologiya elmləri üzrə 3000 manat, tibb elmləri üzrə 2200 manat müəyyənləşdirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertantura təhsili üçün orta hesabla 3000 manat, elmlər doktoru proqramı üzrə 4000 manat müəyyən edilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ictimai və humanitar elmlər üçün 2000 manat müəyyən edilib”.

AMEA-nın bu addımını şərh edən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov baki-xeber.com-a bildirdi ki, AMEA-nın bu addımı doğru deyil: “Hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi müəssisələrdə doktorantura təhsilinin ödənişli olması akademiya rəhbərliyi tərəfindən atılan çox zərərli bir addımdır. Çünki akademiya gəncləri elmə cəlb etməlidir. Bir müqayisə aparmaq istəyirəm. Gəlin baxıb görək dünyanın nüfuzlu elmi mərkəzlərində, yaxud ali məktəblərində doktorantura pilləsində təhsil almaq üçün ödənişlər nə qədərdir? Məsələn, Avropa ölkələrində, ümumiyyətlə bir çox ölkələrdə gənclər üçün təhsil pulsuzdur. Təhsili biznesə çevirmək olmaz. Akademiya pul qazanmaq istəyirsə bunu gənclərdən ödəniş tələb etməklə həyata keçirməməlidir. Eyni zamanda, bu ali təhsil müəssisələrində də bu cür olmalıdır. Bizdə ali təhsil müəssisələrinin verdiyi biliklə, təhsillə tələb etdiyi ödəniş necə ki, tərs mütənasibdir, bu akademiyada da bu cürdür. Təbii ki, oxumaq istəyən olacaq. Azərbaycanda çox zərərli bir tendensiya formalaşıb, hər yerindən duran alim olmaq istəyir. Bunun üçün də “imkanlar” mövcuddur, “hər cür şərait” Azərbaycanda var. Buna görə də, son illər Azərbaycanda bu qədər sönükləşib, elmdə təsadüfi adamlar peyda olub. Hesab etmirəm ki, bu məbləğ 5000 manat da olsa gələn olacaq. Amma bunlar kimlər olacaq. Onlar əsl elm adamları olmayacaq. Onsuz da bizim istedadlı gənclərin çoxu gedib magistraturanı və doktoranturanı xaricdə oxuyurlar və orada da qalırlar. Bunun da səbəbi odur ki, Azərbaycanda qocalar elmi zəbt edib, heç bir iş görməyən bürokrat adamlar elm üçün bəlaya çevriliblər. Onlar elm adamına yaraşmayan hərəkətlərə yol verirlər. Biz onları həmişə tənqid edirik, amma bunun heç bir nəticəsi olmur. Bu baxımdan da, düşünürəm, gənclərə qapıları açmaq, istedadlı gəncləri tapıb akademiyaya cəlb etmək lazımdır. Axı akademiya o səviyyədə elmi-tədqiqat üçün mütəxəssis hazırlaya bilmir. Bir qurum yüksək səviyyədə mütəxəssis hazırlaya bilmədiyi təqdirdə nə üçün bu qədər yüksək qiymət qoyur? Xarici vətəndaşlar üçün təhsil haqqı 3000 manat müəyyən edilib. Təbii ki, qonşu ölkələrdən, eləcə də bəzi Orta Asiya ölkələrindən bura təhsil almağa gələcəklər. Demək istəyirəm ki, fərqli-fərqli inkişafdan geri qalmış ölkələrdən bura gələnlər olacaq. Azərbaycandan da akademiyada bu pillələr üzrə oxumağa gələn gənclər olacaq, amma onlar istedadlı elm adamları olmayacaq. Çünki elm adamları üçün qapıları açmaq lazımdır. Onsuz da savadlı gənclər müxtəlif mübadilə proqramları çərçivəsində gedib xaricdə oxuyurlar və geri qayıtmırlar da. Bu da böyük bir bəladır. AMEA-nın verdiyi magistr təhsilinin çox aşağı səviyyədə olduğunu görürsüz, heç burada magistratura pilləsində dərs deyən müəllimlər yoxdur. Magistratura pilləsi üçün fərqli bir tədris ortaya qoya, hətta ali təhsil müəssisələrinin belə verə biləcəyi təhsili verə bilmədilər. Bu gün akademiyanın magistratura pilləsinə gələn yoxdur. Doktorantura pilləsinə də qəbulun hansı biabırçılıqlarla aparıldığını bilirik”.

AMEA-nın ölkə elminin başında duran bir qurum olduğunu və ölkə başçısının akademiyaya böyük önəm, elmi və elmi-texniki siyasəti həyata keçirən ali elm təşkilatı statusu verdiyini deyən İ.Orucovun sözlərinə görə, amma AMEA bu istiqamətdə özünü doğrulda bilmir. İ.Orucovun dediyinə görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının ödənişli olması özü də düzgün deyil.  “Kitabxanalara onsuz da maraq yoxdur. Gələnlər isə kasıb insanlardır, onlara qapıları açın. Elmlə təhsili, biznesləşdirmək, bundan bazar formasında pul qazanmaq düzgün deyil. Avropa ölkələrinin çoxunda ali təhsil, eləcə də doktorantura təhsili pulsuzdur, xarici vətəndaşlar üçün isə çox cüzi məbləğ tələb olunur. Avropa ölkələrində doktorantura təhsili də daxil olmaqla, müxtəlif proqramlar var ki, hətta burada təqaüd verirlər. Amma bizim akademiya deyir ki, doktoranturaya gəlmək istəyən gənclərdən bu qədər pul alaq. Bu qətiyyən düzgün deyil. Onsuz da Azərbaycanda elm bərbad vəziyyətdədir, üstəlik də, akademiyada doktorantura və digər təhsil pillələrinin bu ildən ödənişli olması vəziyyəti daha da kəskinləşdirir. Azərbaycan elmini dünyada qəbul etmirlər. Bu reallıqdır. onsuz da qəbul etmirlər. Bunu Avropa bizə açıq demir, amma qəbul etmir. Hindistanda elm çox güclüdür, hətta Hindistan alimləri də hər zaman deyir ki, Azərbaycanda elm yoxdur. Dünyada elmin səviyyəsini göstərən indikatorlar var, amma bunlar Azərbaycanda yoxdur. Ona görə də çox təəssüf edirəm ki, akademiya doktorantura pilləsində təhsili ödənişli etməklə yenidən bir yanlış addım atır, doktoranturaya gəlir mənbəyi kimi baxır və buradan maddi gəlir götürmək istəyir. Hesab edirəm ki, bu qətiyyən doğru deyil. Əksinə, akademiya pul xərcləməlidir. Çünki dövlət AMEA-ya kifayət qədər pul ayırır və o pulu xərcləyib müştərək proqramlar tapıb istedadlı gəncləri xarcə göndərməlidir ki, yeni nəsil alimlər formalaşdıra bilsin. Vəsait ayırmalıdır ki, xaricdəki elmi müəssisələrlə müştərək proqramlar işləsin”.

İ.Orucov həmçinin hesab edir ki, indiki vəziyyətdə akademiyanın qalması heç düzgün də deyil. O, qeyd edir ki, hazırda AMEA-nın yarıtmaz fəaliyyət göstərməsi yolverilməzdir və bunun üçün də elm, təhsil və innovasiyalar nazirliyinin yaradılması və bu üç funksiyanın bir mərkəzi icra hakimiyyəti orqanının  tabeliyində cəmlənməsi daha doğrudur.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ