Cümə günü, 13 noyabr 2026
     

Avroittifaq Azərbaycan universitetlərinin tədris proqramlarında bəzi standartları niyə dəyişməyi tövsiyə edir...

Image


Azərbaycanda ali məktəblərdə tədris prosesi illərdir Boloniya proqramına uyğun şəkildə aparılır. Doğrudur, hələ bəzi ali məktəblərdə həmin proqram tam olaraq tətbiq edilməsə də, böyük əksəriyyətində tətbiq edilib.

Azərbaycanda ali təhsil proqramının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində illərdir  işlər görüldüyü bildirilir. Amma beynəlxalq aləmdə standartların dəyişdirilməsi gündəmdədir. Avropa İttifaqı Azərbaycanda ali məktəblərin tədris proqramlarına dair standartların dəyişdirilməsini istəyir.

“Azərbaycanda ali məktəblərin tədris proqramlarına dair dövlət standartları barədə qanunlara dəyişiklik edilməlidir. Layihəmizin məqsədi Azərbaycanda ali təhsili dəstəkləmək və gələcəkdə səviyyəsini yüksəltməkdir. Azərbaycanda ali təhsilin Avropa səviyyəsinə çatacağına və onun bir hissəsinə çevriləcəyinə arxayın olmaq istəyirik. Planlarımızda, həmçinin, burada səriştəni və tələbəni əsas götürən təhsili tətbiq etmək də var. Bunun üçün müxtəlif seminarlar, təlimlər, ustad dərsləri keçiririk” - bunu Avropa İttifaqının Azərbaycanda ali təhsilin dəstəklənməsi ilə bağlı tvininq layihəsinin əlaqələndirici rezidenti Elizabet Bidanova təqdimat zamanı bildirib.

Rezident ali təhsilə dair qanunları dəyişdirməyin zəruri olduğunu da vurğulayıb: “Bu daha çox tədris proqramlarına dair dövlət standartlarına aiddir. Biz səriştəni və tələbəni əsas götürən yanaşmaya uyğunlaşdırılacaq 15 öncül bakalavr proqramı seçmişik”.

E.Bidanova Azərbaycanda xarici diplomların tanınması məsələsinin də tələbələri narahat edən mühüm məsələ olduğunu deyib: “Bu gün Azərbaycanda xarici diplomun yerli tədris proqramına və qanunlarına uyğunlaşdırılmasını nəzərdə tutan nostrafikasiya prosesi tətbiq olunur. Avropada isə bu məsələyə daha çevik yanaşma var. Buna görə də nostrafikasiya və xarici diplomların tanınma sisteminin islahatı da proqramımızda əksini tapıb”.

Qeyd edək ki, hökumətlə Avropa İttifaqı arasında müvafiq saziş çərçivəsində 2018-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək (24 ay ərzində) həyata keçirilən sözügedən tvininq layihəsinin dəyəri 1,2 milyon avrodur.

  • İlqar Orucov: “Azərbaycanın ali təhsil müəssisələrinin səviyyəsi və ali təhsilin dövlət standartları Avropa standartlarına cavab verməli, bunun üçün...”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Avropa İttifaqının tvininq layihəsinin Azərbaycandakı əlaqələndiricisinin məhz Azərbaycanda ali təhsilin təhsil standartlarının dəyişdirilməsi ilə bağlı təklifi xeyli aktual bir məsələdir. “Bu standartlar artıq Azərbaycan ali təhsilində formalşmış bir dövlət standartıdır. Bunlar ali təhsil pilləsinin dövlət standartları adlanır. Bu standartlar özündə həm dövlət, həm də özəl ali təhsil müəssisələrini birləşdirir. Yəni bu standartlar mülkiyyət hüququnun kimdə olmasından asılı olmayaraq, respublikadakı bütün ali məktəblərə şamil olunur. Bu standartlar, ilk növbədə, ali təhsilin bakalavr və magistr pilləsini, eyni zamanda, təhsilin idarə olunmasını, keyfiyyət göstəricilərini, infrastruktur, maddi-texniki, tədris bazasını əhatə edir. Burada, həmçinin, ali məktəblərdə təhsil alan tələbələrin bilik səviyyəsi, tədrisin keyfiyyətini əhatə edir. Azərbaycanda ali təhsilin standartlarının dəyişməsi dedikdə bu sistemdə mövcud olan hər şey dəyişməlidir və bu sahədə yeni standartlar tətbiq edilməlidir. Bütün bunların dəyişdirilməsi, Avropa standartlarına uyğunlaşdırılması çox önəmlidir. Hesab edirəm ki, bu xeyli ciddi məsələdir. Təhsil Nazirliyi artıq nəzərdə tutur ki, 2019-2020-ci illərdə Azərbaycanın ali təhsil məktəblərində tədrisin keyfiyyət səviyyəsi yaxşılaşdırılsın. Bu xeyli zaman tələb edən əhatəli bir məsələdir. Azərbaycanda ali təhsilin idarə olunması ilə Avropada ali təhsilin idarə olunması arasında xeyli fərq var. Ona görə də əsas məsələ odur ki, tələbələrimiz yeni texnologiyalara yiyələnən, informasiyalarla zəngin, çevik, bacarıqlı mütəxəssislər kimi yetişdirilsin. Cəmiyyətin yüksək səviyyəli və rəqabətə dözümlü kadr tələbatının ödənilməsi vacibdir. Təbii ki, bu, ali təhsilin məzmununda çox vacib məqamlardır. Təhsilin idarə olunması sahəsində aşkarlıq, şəffaflıq, demokratik prinsiplər qorunmalıdır. Bu istiqamətin də Avropa standartlarına uyğunlaşmasına ehtiyac var. Ali təhsilin idarə edilməsi orqanlarının fəaliyyətinə baxılmalıdır, bu sahənin təkmilləşməsinə ehtiyac var. Bu məsələ elmi şuralar tərəfindən həyata keçirilir. Ali məktəblərə rektor təyinatı məsələsi də olduqca vacib bir məsələdir. Eyni zamanda, ali məktəblərin maddi-texniki bazasının yenilənməsi əsasdır, bizim ali təhsil müəssisələrimizin maddi-texniki bazası Avropa standartlarından geri qalır. Bu sahədə ciddi inkişafa ehtiyac var. Distant təhsil məsələsi gündəmdədir, Azərbaycanda hələ də distant təhsil tətbiq edilmir, bu sahə də Avropa standartlarına uyğunlaşdırılmalıdır. Distant təhsildə həm bakalavr, həm də magistrlərlə bağlı proqramlara baxılması vacibdir. Ali məktəblərin tədris proqramlarının standartlarının dəyişdirilməsi məsələsi olduqca əhatəli bir sənədlər toplusudur ki, burada heç nə diqqətdən yayınmamalıdır. Bu sahənin ciddi şəkildə dəyişdirilməsinə ehtiyac var”.

İ.Orucov, həmçinin, vurğuladı ki, burada həm də ali təhsil verənlərin hansı kriteriyalara cavab verməsi, tələbləri ödəyib-ödəyə bilməməsi də nəzərə alınmalıdır. O qeyd etdi ki, burada tələbələrin biliklərinin qiymətləndirilməsinə də xüsusi yanaşma olmalıdır: “Bakalavrların biliklərinin qiymətləndirilməsi ilə bağlı vahid standartların qəbul olunmasına da ciddi ehtiyac var və burada da Avropa təcrübəsindən istifadə etmək olar. Bu istiqamətdə fərqli fikirlər mövcud olur. Ali təhsil proqramları ilə bağlı da yeniliklər lazımdır. Azərbaycanda Avropa İttifaqının tvininq layihəsini həyata keçirməsi ilə bağlı işlərin məqsədi odur ki, Azərbaycan ali məktəbləri Avropa standartlarının tələblərinə cavab versinlər. Bu çox zaman tələb edən və əhatəli məsələdir. Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan hökuməti və Avropa İttifaqı arasında müvafiq saziş imzalanıb və bu sazişə uyğun olaraq bu istiqamətdə ciddi işlərin görülməsinə həm Təhsil Nazirliyi, həm də ölkəmizin siyasi rəhbərliyi tərəfindən istək var. Mütləq şəkildə Azərbaycanın ali təhsil müəssisələrinin səviyyəsi və ali təhsilin dövlət standartları Avropa standartlarına cavab verməli, bunun üçün də bu istiqamətdə ciddi dəyişikliklər edilməlidir” - deyə İ.Orucov qeyd etdi.

  • Kamran Əsədov: “Bütün universitetlərimizin dərs proqramları köhnəlib”

Tanınmış təhsil eksperti Kamran Əsədovun fikrincə, Azərbaycanda ali təhsil sahəsində standartlar dəyişməlidir. “İlk növbədə qeyd edim ki, müasir dünyanın çağırışları şərtləri günü-gündən kəskinləşən əmək bazarının tələblərini də aktuallaşdırır. Artıq işəgötürənlər universitet məzunlarının yüksək peşəkarlıq, səriştəlilik qabiliyyətinə əvvəlkindən daha ciddi şəkildə önəm verməyə başlayıb. Dünyanın nüfuzlu ali məktəblərində tətbiq olunan təhsil proqramları və sillabusları hər il əmək bazarının tələblərinə və müasir standartlara uyğunlaşdırılır. İxtisas kafedraları ilə birlikdə bakalavriat və magistratura səviyyələri üzrə tədris standartlarını məhz onların tələblərinə uyğun şəkildə təmin edirlər. Məhz ona görədir ki, həmin universitetlərin beynəlxalq nüfuzu yüksəkdir və məzunlarının hamısı işlə təmin olunur, əmək bazarında uğur əldə edirlər.

Bizdə isə yerli müəlliflərin yazdığı dərsliklərin keyfiyyətsiz və əksər hissəsinin plagiat olmasını müşahidə edirik.

Azərbaycan ali təhsil müəssisələrinin işəgötürənlərlə əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməsi kimi prinsiplərə uyğun gəlmədiyini görürük. Demək olar ki, heç bir universitet əmək bazarını araşdırmır, onlarla əməkdaşlıq etmir. Hazırda işəgötürən ölkə universitetlərinin məzunları arasında özünə layiq bildiyi mütəxəssisi axtarıb tapa bilmir. Universitetlərimiz tələbələri yüksək ixtisaslı, peşəkar mütəxəssis kimi yetişdirmək gücünə malik deyil.

Dünyanın ən yaxşı universitetlərinin çoxunun hər il yüksək nailiyyətləri olan məzunlar buraxmasına baxmayaraq, işəgötürənlər tez-tez narahatlıqla bildirirlər ki, akademik müəssisələr öz tələbələrini əmək bazarına hazırlamaq üçün kifayət qədər iş görmürlər. Məzunları əmək bazarında asanlıqla iş tapan ali məktəblərin siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT) başçılıq edir.  Dünyanın ən nüfuzlu texnologiya yönümlü ali məktəbinin məzunlarına əmək bazarında xüsusi  tələbat var. MIT bu il məzunların işlə təmin edilməsi keyfiyyətinə görə 4 pillə önə keçərək bu kateqoriyada ən yaxşı ali məktəb statusunu qazanıb. Ali məktəb həm də dünyanın ən yaxşı universitetlərinin qlobal reytinqinə də başçılıq edir.

Təəssüflər olsun ki, bu gün ölkəmizdə xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla, digər universitetlər təyinat vermir. Bir çox halda onlar heç məzunlarının sonrakı taleyi ilə də maraqlanmırlar.

Ona görə də hesab edirəm ki, bütün universitetlərimiz maddi-texniki bazalarını yeniləməlidirlər. Çünki onların hazırda laboratoriyaları, infrastrukturları, mühazirə mətnləri keçən əsrdən qalıb. Universitetlərimiz dərs proqramlarını, mövzuları, dərslikləri dəyişməlidirlər. Bütün universitetlərimizin dərs proqramları köhnəlib, onları müasir dövrün və əmək bazarının tələblərinə uyğunlaşdırmalıdırlar.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ