Cümə günü, 13 noyabr 2026
     

Elm və təhsilin inkişaf etdirilməsi

Image


Hər bir ölkənin inkişafının uğurlu olması bir neçə əmsalla qiymətləndirilir. Bu əmsallar içərisində elm və təhsil səviyyəsinin hansı göstərici ilə ifadə olunması çox mühüm rol oynayır. Elm və təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq, münasibətləri və dəyərləri əldə etmək üçün imkan yaradan əsas faktorlardan biridir.

Müasir dövrdə davamlı inkişaf və təhsil sistemini ayrı-ayrı mövzular kimi deyil, vahid bir sistem kimi nəzərdən keçirmək lazımdır. Çünki davamlı inkişafı təmin edən vasitələrdən ən əsası ölkənin inkişaf etmiş təhsil sistemidir. İnkişaf etmiş ölkələrdə sosial institutların gələcək inkişafı keyfiyyətli təhsillə bağlıdır.

Danılmaz faktdır ki, ölkəmizdə də elm və təhsilin inkişafı daim diqqət mərkəzindədir. Xüsusən müstəqilliyini bərpa etdikdən sonra ölkə qarşısında duran ən böyük vəzifələrdən biri də təhsil sisteminin köhnə şablonlardan azad edilərək müasirləşdirilməsi və yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılmasına nail olmaqdır. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi ilə bağlıdır. Bunun üçün prioritet istiqamət ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir.

Bəllidir ki, elm olmayan yerdə ixtisaslı kadrlar, inkişaf  da və deməli, gələcək də olmayacaq. Əbəs yerə deyilməyib ki, elmə doğru gedən yol təhsildən keçir. Məlum olduğu kimi, görkəmli şəxsiyyət Heydər Əliyev elm və təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərib və sevindirici haldır ki, dahi rəhbərin siyasəti Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Bəli, hazırda Azərbaycanda gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Bunun bariz nümunəsi olaraq Elmin İnkişafı Fondunda və təhsillə bağlı digər tədqiqat mərkəzlərində gənc tədqiqatçılar üçün yaradılan şərait, perspektiv, həyata keçirilən layihələr bu sahəyə öz müsbət töhfəsini verməkdə davam edir. Bununla yanaşı, hər il dövlət büdcəsindən elm və təhsilə milyonlarla manat vəsait ayrılır.

Son illər təhsil sistemində aparılan islahatlar, yeniliklər elm və təhsilin inkişafında, savadlı kadrların yetişməsində müsbət təsirini göstərib, gənc nəslin vətənpərvər, geniş dünyagörüşlü, hərtərəfli formalaşmasında mühüm rol oynayıb. Dünyanın mütərəqqi təhsil modeli olan kurikulum artıq bir neçə ildir Azərbaycanda da tətbiq olunur və öz müsbət nəticəsini göstərir. Kurikulumun tətbiqi ölkə təhsilində bir sıra yeniliklərə imza atıb. Artıq müəllimlər şagirdlərə nəzəri bilik vermirlər. Kurikulum sayəsində şagirdlərin dərsə olan marağı daha da artıb.

Azərbaycan təhsilinə göstərilən diqqət göz qabağındadır. Belə ki, Prezident İlham Əliyevin imzaladığı "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sənəd bu baxımdan əhəmiyyətlidir. Stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə, müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq.

  • Məktəblərdə bilik səviyyəsi qənaətbəxş hesab olunurmu?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev qeyd etdi ki, təhsil hər zaman dəyişən, yeniliklərə və islahatlara açıq sahədir. Bu baxımdan qarşıda duran hədəflərin müəyyən edilməsi və təhsil sahəsində qabaqcıl dünya təcrübəsinin mənimsənilməsi mühüm amildir: “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər, nəticə etibarilə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Dövlət Strategiyasının icrası çərçivəsində həyata keçirilən tədbirlər, ümumilikdə, təhsilin səviyyəsinin yüksəlməsində, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında, şagirdlərin tədris göstəricilərinin müvafiq meyarlar üzrə yaxşılaşmasında özünü göstərir.

Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ali və orta ixtisas məktəblərinə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunur. Belə ki, qəbul imtahanlarında iştirak edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bakı şəhəri üzrə qəbul imtahanlarında uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb. Həmçinin, Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir.

Ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.

Onu da qeyd edim ki, dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə, ümumilikdə, müəllim peşəsinə marağın artmasına səbəb olur”.

  • Məktəblərdə İKT-dən istifadə imkanı hansı səviyyədədir...

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir: “5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ötən tədris ilində 75 faizə çatdırılıb. İstedadlı uşaqlarla iş sahəsində görülən tədbirlər nəticəsində ötən il respublika fənn olimpiadalarında iştirakçı sayında artım özünü göstərib. Ümumilikdə, olimpiadalarda 33 min şagird iştirak edib. Bu da 2013-cü illə müqayisədə 5 dəfə çoxdur”.

Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində Azərbaycanda məktəblərin 62 faizi internetlə təmin olunub: “Yəni tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya çatdırılıb. Ötən tədris ilində məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilib. Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılıb, prosesə dərslik hazırlığı üzrə mütəxəssislər cəlb edilib, qabaqcıl təhsil sistemlərinin təcrübəsi və bu sahədə mövcud olan innovasiyalar tədqiq edilib və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanıb”.

  • “Müəllim olmaq istəyənlərin deyil, müəllim kimi işə başlayanların da sayı artır”

Ekspert onu da əlavə etdi ki, əvvəlki tədris illərində olduğu kimi, ötən müddətdə də müəllimlərin peşəkarlıq səviyyəsi artırılıb: “Sadəcə, müəllim olmaq istəyənlərin deyil, müəllim kimi işə başlayanların da sayı artıb. 2018-2019-cu tədris ilində, ümumilikdə, müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. Görülən işlərin nəticəsidir ki, ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Ümumiyyətlə, 2018-2019-cu tədris ilində görülən işləri, həyata keçirilən islahatları müsbət hesab edirəm və düşünürəm ki, bu, ölkədə təhsilin inkişafını daha da sürətləndirəcək”.

  • Təhsildə yaşanan problemlər...

Bildirək ki, bu gün təhsil sektorunda qeydə alınan inkişafla yanaşı, bəzi problemlər də var. Təhsil eksperti Nadir İsrafilov bildirdi ki, bəzi şagirdlərin və müəllimlərin psixoloji problemləri var: "Ona görə də məsələyə həssaslıqla yanaşılmalıdır. Nəzərə almaq lazımdır ki, ölkədə 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlar. Çünki onlarda xarakter 3-5 yaşlarında formalaşır. Ona görə də məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmamışıqsa, gələcək inkişaflarında problem ola bilər. Bəllidir ki, məktəblərdə hər kəsə istənilən tərbiyə verilə bilməz. Təhsil sahəsində aparılan islahatlar bir çox məsələ ilə əlaqəlidir.

Onu da bildirim ki, qeyd olunan sektorda yaşanan problemlərdən biri də bəzi ixtisasların müəyyən müddət keçəndən sonra lazımsız peşəyə çevrilməsi ilə bağlıdır. Bu səbəbdən də dövrün tələbinə uyğun kadrların hazırlanmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, 10 ildən sonra dünyada mövcud ixtisas və peşələrin 80 faizinə ehtiyac olmayacaq. Hansı sahə daha çox inkişaf edəcək, o sahələrə görə də qərarlar veriləcək. Bu da iqtisadi strategiya ilə əlaqəlidir. Təhsil sistemi elə baza bilikləri verməlidir ki, gənclərimiz buna yiyələnə bilsinlər".

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ