Cümə günü, 13 noyabr 2026
     

Şəhidlərimizin müqəddəs statusunu da ikiyə bölürlər - hərbi şəhid, mülki şəhid?

Image


Şəhidlik Tanrı mərtəbəsində ən ali məqamdır. Bu məqama, bu mərtəbəyə ucalmaq hər adama nəsib olmur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən də, evində, həyətində oturduğu, təsərrüfatında işlədiyi yerdə erməni gülləsindən həlak olan da şəhiddir. Çünki Ermənistan Silahlı Qüvvələri yalnız Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmur, həm də hədəf olaraq cəbhəyanı ərazilərimizdə yaşayan dinc sakinlərimiz, vətəndaşlarımızı seçirlər, qəbiristanlıqlarımızı atəşə tuturlar.

Bu gün Azərbaycanda kifayət qədər hərbi şəhid var ki, onlar əllərində silah düşmənə qarşı mübarizədə həlak olublar, onlarla yanaşı, saysız mülki şəhid də var, bu şəxslər erməni gülləsindən dünyalarını dəyşiblər. Mülki şəhidlər arasında uşaqların da sayı az deyil.

Çox təəssüf ki, son illər ictimayyətdə bəzi insanlar, hətta onlar arasında yüksək çinli hərbçilər də var, Azərbaycan şəhidlərinə qarşı bölücülük təbliğatı aparırlar. Bu insanlar deyirlər ki, erməni işğalçılarının atdığı güllədən həlak olan mülki şəxslər, qadınlar, kişilər, uşaqlar şəhid sayılmamalı, şəhidlik statusu yalnız ermənilərlə döyüşərkən həlak olanlara verilməlidir. Bu səhv yanaşmadır və kökündən yanlışdır, birbaşa şəhidlərimizin bölünməsinə hesablanıb. Bu düşüncə sahiblərini heç cür anlamaq olmur.

Bu barədə danışarkən yadımıza illər əvvəl redaksiyamıza gələn, oğlu erməni gülləsindən həlak olan, lakin bəzi məmurların özbaşınalığı nəticəsində övladına şəhidlik statusu ala bilməyən ata ilə söhbətimiz düşdü. O atanın hansı rayondan gəldiyi, oğlunun hansı cəbhə bölgəsində şəhid olduğunu dəqiq yadımızda saxlaya bilməmişik, amma hadisə olduğu kimi yadımızdadır. Ata bildirirdi ki, oğlu əlinə silah alıb düşmənə qarşı vuruşmasa da, cəbhənin qaynar nöqtələrinə gedib, orada yaralı əsgərlərə kömək edib, şəhid edilən hərbçilərimizi səngərdən çıxarmağa köməklik göstərib, belə vəziyyətlərdən birində oğluna da erməni gülləsi dəyib və o həlak olub. Ata oğluna şəhidlik statusu alana qədər döymədiyi qapı qalmayıb, mətbuatın köməyilə o, oğluna şəhid statusu ala bilmişdi. Bu cür hallar təəssüf ki, mövcuddur.

“Dəfələrlə müəyyən iradlarla üzləşmişəm ki, siz cəbhədə həlak olmayanları siyahıya alıb, onların adlarını əbədiləşdirirsiniz”

Respublika “Xatirə Kitabı” redaksiyası Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, itkin və girov düşən vətəndaşlarımızın xatirəsini əbədiləşdirmək üçün böyük layihələr həyata keçirib.

Bu səbəbdən də mövzu ilə əlaqədar Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəzakət Məmmədova ilə əlaqə saxladıq. N.Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, bəzən müəyyən adamlar haqsız olaraq şəhidlərimizə qarşı bölücülük edirlər. “Bu mövzunu gündəmə gətirməyiniz çox yerinə düşdü. Çox sevindim ki, siz bu məsələ ilə bağlı birbaşa ünvana müraciət etdiniz. Bu çox ağrılı haldır və məni hər zaman ciddi narahat edir. Bilirsiniz ki, “Xatirə Kitabı” redaksiyası olaraq, müharibədə şəhid olan, əsir, itkin düşən vətəndaşlarımızla bağlı ensiklopedik məlumatlar toplayıb, onları işıqlandırırıq. Bu istiqamətdə “Xatirə Kitabı”nın bir neçə cildi işıq üzü görüb. “Xatirə Kitabı” redaksiyasının rəhbəri kimi dəfələrlə müəyyən iradlarla üzləşmişəm ki, siz cəbhədə həlak olmayanları siyahıya alıb, onların adlarını əbədiləşdirirsiniz, mənə yönələn bu irad nə dərəcədə düzgündür? İstənilən vətəndaşımız, istər çoban olsun, istər əkinçi, istərsə də evdar qadın, fərqi yoxdur, erməni gülləsindən həlak olubsa, o, birmənalı olaraq, şəhiddir. Bu vətəndaşlarımız əllərinə silah alıb erməni ilə vuruşmayıblar, amma evlərində, həyətlərində durduqları yerdə Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetiriliblər. Biz erməni gülləsindən həlak olan ikiyaşlı Zəhraya və onun nənəsinə necə şəhid deməyə bilərik? Ermənistan Silahlı Qüvvələrinin atdığı güllə nəticəsində həlak olan həm mülki sakinlər, dinc insanlar, həm də hərbçilər şəhiddirlər. Mən uzun illərdir şəhidlər arasında ayrıseçkilik yaratmaq istəyən, bu istiqamətdə xüsusi təbliğat quran insanlara qarşı mübarizə aparıram. Mən erməni gülləsindən həlak olan, ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində şəhid olan, itkin düşən, girov götürülən vətəndaşlarımızın hamısının adını əbədiləşdirməyi özümə borc bilirəm, bu işi də həyata keçirirəm”.

N.Məmmədova qeyd etdi ki, hətta bir müddət əvvəl “Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimatında da yüksək çinli hərbçilərdən biri ona öz iradını bildirib. “Bu tədbirdə yüksək çinli bir hərbçi də mənə sual verdi ki, sizin çobanı da, evdar qadını da, təsərrüfatında işləyərkən həlak olan insanı da xüsusi buraxılışa daxil etməyiniz nə dərəcədə düzgündür? Mən də ona açıq şəkildə bildirdim ki, o insanların hamısı Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olub. Bu insanlar düşmən gülləsindən həlak olublarsa, şəhiddirlər, bunun başqa adı yoxdur. Hesab edirəm ki, bəzi insanların şəhidlərimizi mülki və hərbi şəhidə bölməsi doğru deyil, bu, erməni gülləsindən həlak olan vətəndaşlarımızın ruhunun incidilməsidir” - deyə N.Məmmədova qeyd etdi.

Ermənistan ordusunun əsas hədəflərindən biri cəbhəyanı rayon və kəndlərin sakinləridir. Ermənilərin atəşkəs dövründə saysız mülki vətəndaşımızın canına qıydığını deyən N.Məmmədovanın fikrincə, biz mülki vətəndaşlarımızın erməni gülləsindən şəhid olduğu faktını daha geniş səviyyədə gündəmə gətirməliyik və Ermənistan ordusunun hədəfinin dinc Azərbaycan vətəndaşı olduğunu mütəmadi olaraq beynəlxalq ictimaiyyətə çatdırmalıyıq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ