Cümə günü, 13 noyabr 2026
     

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Image


Dünyaya sülh və əminamanlıq mesajları verən, multikulturalizmin, tolerantlığın dəyişməz ünvanı olan Azərbaycan Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində qaçqın və məcburi köçkün problemi yaşamağa məhkum olub. Müasir dünyanın bir nömrəli qayğısına çevrilən qaçqın-məcburi köçkün probleminin həlli gerçəkdən müşkülə düşüb. Dünya üzrə qaçqınların sayının artması, öz evini, yurdunu məcburiyyət qarşısında tərk edənlərinin çoxalması beynəlxalq aləmi ciddi narahat edir. İnsanlar öz evlərini illərlə davam edən aramsız müharibələr, təcavüzlər, təbii fəlakətlər zamanı tərk edib başqa bir təhlükəsiz yerə sığınmaq istəyirlər, amma bir çox ölkədə qaçqın və məcburi köçkünlər heç də duz-çörəklə qarşılanmırlar.

Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımız illərdir öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Azərbaycan xalqı tarixdə ən çox soyqırıma məruz qalan, bir əsrdə bir neçə dəfə deportasiya edilən xalq olaraq zaman-zaman qaçqınlıq və məcburi köçkünlük problemi yaşayıb. Ermənistan silahlı birləşmələrinin işğalı nəticəsində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsi zorla boşaldılıb, Dağlıq Qarabağın ətrafındakı rayonlardan, həmçinin, Ermənistanla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək soydaşımız  köçkün düşüb, öz evlərindən məhrum olunaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan isə müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var.

Məlum olduğu kimi, Heydər Əliyev prezidentlik fəaliyyəti dövründə yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini daim diqqətdə saxlayıb, bununla bağlı irimiqyaslı tədbirlər həyata keçirib. H.Əliyevin 1993-2003-cü illərdə münaqişənin aradan qaldırılması istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə xüsusi qayğısı, çadır düşərgələrinin ləğvi ilə əlaqədar verdiyi qərarlar sonrakı işlər üçün təməl olub. Onun 17 sentyabr 1998-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramına əsasən, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlanıb. Məcburi köçkünlərin mənzil-məişət məsələlərinin həlli, onların məşğulluğunun təmin edilməsi istiqamətində önəmli addımlar atılıb.

Qaçqın və məcburi köçkünlərin, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial rifah halının yüksəldilməsi üçün dövlət tərəfindən kifayət qədər iş görülür. Onların sosial problemlərinin həlli isiqamətində qəbul olunan sənədlər, sosial paketlər bu qəbildən olan insanların sosial müdafiəsində mühüm rol oynayır. Azərbaycan dövlətinin iqtisadiyyatı gücləndikcə, gəlirləri artdıqca, dövlət bu istiqamətdə əldə edilən gəlirləri əsasən sosial sferaya yönəldir və vəsait hesabına qaçqın və məcburi köçkünlər üçün yeni tipli qəsəbələr salınır, məktəblər tikilir, onların müavinətləri artırılır. Sözsüz ki, qaçqın və məcburi köçkünlərlə yanaşı, sosial cəhətdən qayğıya ehtiyacı olan vətəndaşların da sosial rifah halının yüksəldilməsi üçün işlər görülür, onlara verilən pensiya və müavinətlər qaldırılır.

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünləri narahat edən problemlərin həlli istiqamətində görülən çox böyük işlərə, geniş layihələrə rəhbərlik edir. Dövlət başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin sənədə 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiqlənən əlavələrin icrası uğurla reallaşdırılıb.

Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqət yetirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası artıq bütün dünyaya yayılıb.

Neçə ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə və bu sahədə qəbul edilən sənədlərə əsaslanaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar aparılır. Dövlət orqanlarından, beynəlxalq təşkilatlardan alınan müvafiq təkliflərlə bağlı “Böyük Qayıdış” proqramının layihəsinin hazırlanması işləri davam etdirilir. Bu layihə həm işğal olunan ərazilərə dəyən ziyanın dəqiq hesablanmasına, həm də torpaqlar işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək.

Xatırladaq ki, 2007-ci ildən etibarən Azərbaycanda çadır düşərgələrinin ləğvi prosesi başladı və bu proses çox uğurla başa çatdı. Qeyd etdiyimiz kimi, qaçqın və məcburi köçkünlər üçün həm paytaxtda, həm paytaxtyanı qəsəbələrdə, həm də rayon və kəndlərdə böyük qəsəbələr salınıb. Kürdəxanıda, Qaradağ rayonunda, Abşeronun Masazır, Mehdiabad, Sabunçunun Ramana qəsəbələrində müasir tipli binalar inşa olunub. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonunda yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi, habelə Sumqayıtdakı 1005 məcburi köçkün ailəsinin yeni tikilən yaşayış binalarında mənzillə təmin olunması onlara göstərilən qayğı və diqqətin bariz ifadəsidir. Azərbaycanın iqtisadi qüdrəti artdıqca, sosial sahənin inkişafına daha böyük önəm verilir.

Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi dövlətimizin və xalqımızın ən böyük arzusudur. Yağıdan təmizlənən hər qarış torpağın cənnətə çevriləcəyi gün, əlbəttə, uzaqda deyil.

İndiyə qədər azad edilən ərazilərimizdə qəsəbələr salınıb. Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb. Yüz əlli evlik Cocuq Mərcanlıda müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb.

Məcburi köçkünlərin sosial şəraiti ildən-ilə yaxşılaşır, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılır. Son bir neçə ayda Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzaladı. Həmin sərəncamlar sırasında məcburi köçkünlərin müavinətlərinin 50 faiz artırılmasını özündə əks etdirən sənəd dövlətimizin onlara diqqətinin əyani ifadəsidir.

Prezident İlham Əliyev dəfələrlə “Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir” deyib.

2019-cu il Azərbaycanda, əvvəlcədən proqnozlaşdırıldığı kimi, sosial rifah ili oldu və bu ilin fevral ayından başlayaraq bu sahədə genişmiqyaslı işlər həyata keçirilməyə başladı. İlin ilk iki ayında sosial sahədə atılan addımlar heç də təsadüfi deyildi, bu addımlar planlı, Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq həyata keçirilir. Ardıcıl olaraq imzalanan sərəncamlar da bir və ya iki ayın işi deyil, onların üzərində aylardır iş gedib. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirələrdə əhalinin sosial müdafiəsi məsələsi irəli çəkildi. Ölkə Prezidenti İlham Əliyevin əhalinin sosial müdafiəsi istiqamətində atdığı addımlar dövlət başçısı, millətin lideri kimi xalqın qayğısına qalmasının əyani nümunəsi və ifadəsidir.

Prezidentin bu ilin ilk iki ayında imzaladığı sərəncamlar təxminən 2 milyon 2 min nəfəri əhatə edirdisə, 26 fevral tarixində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı sərəncamı ilə artıq bu rəqəm 3 milyona yaxınlaşdı. Bununla da dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosialyönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi, bu sərəncamlar davamlı olacaq. Minimum, orta aylıq əmək haqları, pensiyalar artacaq, yeni iş yerləri açılacaq, bütün bunlar əhalinin sosial rifah halının güclənməsinə, ölkəmizi sosial rifah dövlətinə gətirib çıxaracaq. Bütün bu deyilənlərin hamısı baş verdi. Nəinki qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, sosial cəhətdən problem yaşayanların, eləcə də əhalinin bütün təbəqələrinin həyatında bu proses baş verdi.

Dövlət başçısının həyata keçirdiyi uğurlu sosial siyasətdən bütün Azərbaycan vətəndaşları bəhrələnir və öz həyatlarını təmin edirlər. Bir ildə Prezident tərəfindən ard-arda verilən sərəncamların hamısı əhalinin yaşam tərzinin, maddi rifahının yüksəlməsinə, cəmiyyətin hərtərəfli inkişafına yönəldi.

Əlbəttə, bütün bu göstəricilər Azərbaycanın media vasitələri tərəfindən ictimaiyyətə çatdırıldı və əhali dövlətin sosial sahədə həyata keçirdiyi bütün layihələrdən, yenilklərdən xəbər tutdu. Bu məsələnin təşviq olunmasında KİV-in xüsusi rol oynadığı şübhəsizdir. Onlar bu istiqamətdə kifayət qədər iş görüb, məlumatların yayılmasını təmin ediblər.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ