Cümə günü, 13 noyabr 2026
     

Magistraturaya qəbulun ikinci turunun ləğv edilməsi ideyasına böyük etirazlar var…

Image


Son günlər tələbələr arasında magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğv olunacağına dair məlumatlar yayılıb. Bəzi tələbələrin sözlərinə görə, müəllimlərin əksəriyyəti onları II mərhələ üzrə hazırlaşdırmaqdan imtina ediblər.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, magistraturaya qəbul imtahanlarına dəyişikliklərin edilməsilə bağlı yeni qaydalar müzakirə mərhələsindədir. Məlumatda qeyd olunur ki, imtahanda yeniliklərin edilməsi istiqamətində müəyyən təkliflər var. Müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək.

Magistraturaya qəbul imtahanlarının ikinci mərhələsinin ləğv olunması sosial şəbəkələrdə geniş müzakirə olunur. Bakalvr təhsilini davam etdirmək istəyənlər isə bundan narahatlıq keçirirlər.

Ekspertlər təklif edirlər ki, bakalavrların elmə maraq göstərməsi üçün magistraturaya qəbul daha da sadələşdirilməlidir.

  • Kamran Əsədov: “Magistratura imtahanları sadələşdirilsə, daha çox şəxsin magistratura pilləsinə qəbul olunmasına imkan yarana bilər”

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirdi ki, ikinci mərhələnin ləğv olunması inandırıcı deyil. Onun fikrincə, magistratura imtahanlarının təkmilləşdirilməsinə ehtiyac var: “Birincisi, ona görə ki, 5 il əvvəllə müqayisədə magistratura pilləsinə sənəd təqdim edənlərin sayında kəskin azalma var və müəyyən qədər plan yeri boş qalır. Məhz magistratura imtahanları sadələşdirilsə, daha çox şəxsin magistratura pilləsinə qəbul olunmasına imkan yarana bilər. İkincisi, magistratura imtahanının birinci mərhələsindəki məntiq və informatika fənnindən təqdim edilmiş test tapşırıqları ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Ali məktəblərdə bu fənlər üzrə tədris olunmayan mövzulardan ağırlaşdırılmış test tapşırıqları təqdim olunurdu. Nəzərə alsaq ki, magistratura imtahanının ikinci mərhələsində iştirakçıların ixtisasları üzrə bilik və bacarıqları yoxlanılır, bu zaman ikinci mərhələ ləğv oluna bilməz. sadəcə olaraq, təqdim ediləcək test tapşırlarının sayında, formatında dəyişiklik edilə bilər. Həyata keçiriləcək dəyişiklik növbəti ildə seçim zamanı ballara da təsir göstərəcək. Belə ki, ixtisas seçimi zamanı əvvəlki illərdə formalaşmış balları istiqamət kimi götürəcək bakalavrlar dəyişiklikdən sonra yanıla bilərlər. Bütün hallarda, hesab edirəm ki, magistratura imtahanları ali təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi prinsiplərinin təmin olunması, gənclərin elmə gəlməsi üçün sadələşdirilməli, daha çox imtahan iştirakçılarının dil və ixtisasları üzrə bilik və bacarıqları yoxlanılmalıdır”.

  • Rəşadət Şərifov: “Universitet imtahanları vahid sistemə keçirilərsə…”

Magistratura pilləsi üzrə təlimçi Rəşadət Şərifov isə qeyd etdi ki, bu dəyişikliklərə hələ hazır deyilik: “Belə bir yeniliyin reallaşması üçün bütün universitetlərdə bərabər imtahan mühiti yaratmaq lazımdır. Bəzi ali məktəblərdə imtahanlar testlə, bəzilərində isə yazılı təşkil olunur. İkinci mərhələ əvəzinə universitet ortalaması əsas götürülsə, tələbələr üçün bərabər şarait yaradılmamış olur. Universitet imtahanları vahid sistemə keçirilərsə və qiymətləndirmə tam şaffaf aparılarsa, o zaman ikinci mərhələni ləğv etmək olar”.

  • İlqar Orucov: “Magistraturaya qəbulun ikinci mərhələsinin keçirilməsi vacibdir”

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, magistraturaya qəbulun ikinci mərhələsinin keçirilməsi vacibdir: “Nəzərə almaq lazımdır ki, magistratura həm ali təhsilin davamı, eyni zamanda, elmi tədqiqatlara başlanışın ilk dövrüdür. Bu baxımdan magistraturaya qəbulun ikinci mərhələsinin keçirilməsi əhəmiyyətlidir.

Onu da bildirim ki, imtahan prosesi zamanı imtahan verən şəxs müəyyən səbəblərdən sualların cavabını düzgün qeyd edə bilmir. İstər psixoloji narahatlıq, istərsə də həyəcan və ya səhhətində yaranmış problemə görə imtahan verən şəxs imtahanda qeyd olunan sualları düzgün cavablandıra bilmir. Bu baxımdan magistraturaya qəbulun ikinci mərhələsi ləğv olunmamalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, magistraturaya qəbulu asanlaşdırmaq lazımdır: “Danılmaz faktdır ki, Azərbaycanda istər bakalavr və ya magistraturaya qəbul olunmaq çox çətindir. Universiteti bitirmək isə çox asandır. Ancaq xarici ölkələrdə isə ali təhsil müəssisəsinə qəbul olunmaq heç də çətin deyil. Müəyyən proqramları mənimsəmiş istənilən şəxs həm bakalavr, həm də magistratura pilləsində təhsil ala bilər. Bu səbəbdən də hesab edirəm ki, universitetlərin qapısı daim gənclərin üzünə açıq olmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ