16/12/2019 02:30
728 x 90

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı sakinlərin növbəti qəbulunu keçirdi - FOTO

img

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34-42 ünvanlarda sakinlərin müraciətlərini dinləyib.

Baki-xeber.com-a Nəsimi RİH-dən verilən xəbərə görə, mikrorayonda, o cümlədən 20 Yanvar küçəsi, Cavadxan küçəsi, Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş görüşdə müraciətlərini səsləndirib, bir sıra məsələlərlə bağlı, o cümlədən damlardakı su çənlərinin və qanunsuz çəpərlərin yığışdırılması, mənzillə təmin olunma, yerüstü piyada keçidi, həyətlərin işıqlandırılması və abadlaşdırılma barədə müraciətlər edib, təkliflər irəli sürüblər. Müraciətlərlə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Qəbulun gedişində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunub, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yerlərdə həyətlərin abadlaşdırılması, ətraf mühitin və ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Sonra RİH başçısı ağacəkmə aksiyasında iştirak edib. Aksiya zamanı Asif Məhərrəmov küçəsi boyunca həmişəyaşıl ağaclar əkilib, yaşıllıqlara qulluq edilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, Nəsimi rayon “Könüllüləri” və mikrorayon sakinləri iştirak edib. 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 34,38,42,46 ünvanları əhatə edən məhəllədə “Abad həyət” layihəsi çərçivəsində aparlan abadlıq-quruculuq işləri başa çatdırılıb və yenidən qurulmuş 4 həyət sakinlərin istifadəsinə verilib.

Baki-xeber.com

Son xəbərlər