16/12/2019 00:24
728 x 90

Nəsimi İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai dinləmə keçirildi...

img

Ədliyyə Nazirliyi tərəfindən kampaniya çərçivəsində noyabrın 29-da Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə qadınlar üçün ictimai dinləmə keçirilib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, tədbirdə nazirliyin və icra hakimiyyətinin rəhbər şəxsləri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, ədliyyə işçiləri, notarius, hakim, polis, vətəndaş cəmiyyəti institutunun nümayəndələri və rayonun çoxsaylı qadınları iştirak edib.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək qadınların hüquqi maarifləndirilməsi, onların ailə-məişət qayğıları ilə maraqlanılması məqsədi daşıyan tədbirin əhəmiyyətini qeyd edib, ölkəmizdə cəmiyyətin həssas təbəqəsi olan qadınların hüquqlarının təmin olunması üzrə atılan mühüm addımlardan bəhs ediblər.

Vətəndaşlarla sual-cavab kontekstində keçirilən tədbirdə hər bir müraciət diqqətlə dinlənilib, qaldırılan məsələlər araşdırılması və həlli ilə bağlı aidiyyəti dövlət qurumuna yönləndirilib, qadınların hüquqları, qanunvericiliyin tələbləri izah olunub.

Son xəbərlər