16/12/2019 00:17
728 x 90

Gömrük Komitəsinin rəhbərliyi Abşeron, Salyan və Sabirabad rayonlarında vətəndaş qəbulu keçirdi - FOTO

img

Noyabrın 29-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi Abşeron, Salyan, Sabirabad və Hacıqabul rayonlarının sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, həmin gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xırdalan şəhərində Abşeron rayonundan olan vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.

Həmin gün Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Salyan şəhərində Salyan rayonundan, Komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Sabirabad şəhərində Sabirabad və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul edib. 

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. 

Son xəbərlər