16/12/2019 01:15
728 x 90

Mərkəzi Elmi Kitabxana və ADPU-nun Quba filialı arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

img

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr bölməsinin xəbərinə görə, MEK direktoru Leyla İmanova MEK və ADPU-nun elmi və mədəni irsin araşdırılması, toplanılıb qorunması, təbliği və tədrisi sahəsində rolu, informasiya məkanında elmi-mədəni irsin mübadiləsi zəruriliyi və iki akademik müəssisənin bu sahələrdə imkanlardan söz açaraq,  memorandumun əhəmiyyətini vurğulayıb. Bildirib ki, müzakirə edilən əməkdaşlıq vahid elektron kataloqun hazırlanması, təcrübə mübadiləsi, resursların elektron mübadiləsi, sərbəst ensiklopedik resursların yaradılması üzrə birgə fəaliyyət və akademik informasiya məkanında digər müasir yanaşmaları nəzərdə tutur.

Tərəflər arasında imzalanacaq memorandumun ADPU Quba filialı üçün əhəmiyyətindən bəhs edən filialın direktoru dosent Yusif Alıyev əməkdaşlıq sazişində regionlarda təhsilin, elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədi ilə kitabxananın dərslik, dərs vəsaitləri və elmi əsərlərlə zənginləşdirilməsi, həmçinin vikipediya açıq ensiklopediyası üzrə bacarıqlı mütəxəssislərin bölgələrdə yetişdirilməsi, bölgənin tarixi, coğrafiyası, turizm potensialının artırılması kimi amillərə xüsusi yer verildiyini vurğulayıb. Qeyd edib ki, MEK geniş kitabxana resursları olan, vikipediya açıq ensiklopediyası quruculuğu sahəsində böyük təcrübəyə malik elmi təşkilatdır.

MEK-in İnformasiya texnologiyaları üzrə direktor müavini, Sərbəst Ensiklopedik Resurslar Mərkəzinin rəhbəri Elnur Hüseynov kitabxananın vikipediya təlimlərinin əhəmiyyətindən, MEK təcrübəsinin yayılmasından danışaraq qeyd edib ki, Vikipediyanın Azərbaycan bölməsində məqalələrin sayı 152 mini keçib, Vikipediyanın Azərbaycan dilində olan bölməsi isə 50-ci pilləyə çatıb. E.Hüseynov bildirib ki, MEK-in Sərbəst ensiklopedik resurslarla iş şöbəsi Vikipediyanın Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərini davam etdirir. MEK əməkdaşları Vikipediya Metodik Mərkəzində və təhsil müəssisələrində müntəzəm olaraq Vikipediya ilə bağlı təlimlər, seminarlar, görüşlər və başqa tədbirlər keçirir.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi MEK-in direktoru Leyla İmanova və ADPU Quba filialının direktoru Yusif Əliyev imzalayıb.
Həmçinin qonaqlar MEK-in şöbələrinin və fondlarının fəaliyyəti ilə yaxından tanış olublar.

MEK adından ADPU Quba filialı kitabxanasına kitablar hədiyyə olunub.

Son xəbərlər