16/12/2019 15:12
728 x 90

Bakıda bir ailənin dörd üzvü istifadə müddəti bitmiş yağdan zəhərləndi

img

Bakıda bir ailənin 4 üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.

“Noyabrın 28-də Bakının Biləcəri qəsəbəsində yerli vaxtla saat 22:27 radələrində bir ailənin zəhərlənməsi barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Təcili Tibbi Yardım briqadasının həkimləri 11 və 16 yaşlı qızları 2 saylı uşaq xəstəxanasına, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar”, - deyə məlumatda bildirilir.

Nazirlikdən verilən məlumata görə, ailə üzvlərinin istifadə müddəti bitən yağdan istifadə etmələri nəticəsində zəhərlənmələri ehtimal olunur.

Uşaqlara lazımi tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

Ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Son xəbərlər