Cümə günü, 13 noyabr 2026
     

Prezident Azərbaycanda gender bərabərliyinə orijinal milli konseptual baxış tezisi ortaya qoydu...

Image


Azərbaycan ailəsi milli mental dəyərlərə sadiq qaldıqca həm öz mövcudluğunu qoruya bilər, həm də inteqrasiya prosesini ağrısız, zədəsiz adlayar. Bu gün ölkəmizdə gender bərabərliyi haqqında çox danışılır və qadınların kişilərlə bərabər olması önə çəkilir.

Əlbəttə, bəzi qüvvələr “qadın hüquqları”nı qabardaraq Azərbaycan cəmiyyətində qadınların dominant rol oynamalı olduğunu önə çəkirlər. Təəssüf ki, Avropa dəyərlərinə inteqrasiya tərəfdarı olan bu insanlar milli-mənəvi dəyərlərimiz olan böyüyə-kiçiyə sevgi, hörmət tendensiyasını qəbul etmək istəmirlər. Azərbaycanın ailə institutuna yönəlik olan bu səhv təbliğat cəmiyyətimizdə bir sıra aşınmalara səbəb ola bilər.

Hər zaman milli-mənəvi dəyərlərə, ailə modelimizin ənənələr üzərində inkişafına böyük önəm verən ölkə başçısı zaman-zaman bu məsələ ilə bağlı öz mövqeyini bildirir. 

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləyərək bu aktual məsələyə öz mövqeyini bildirdi. “...Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meylliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə etməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir” - deyə bildirən ölkə başçısı bununla da gəncliyə, Azərbaycanın sabahı olan insanlara öz tövsiyələrini verdi və inteqrasiyanın ağrılı fəsadlarını konkret nümunələrlə açıqladı.

Prezident gender bərabərliyinin təmin olunması ilə bərabər milli dəyərlərimizin, ailə ənənəmizin qorunması konsepsiyasını ortaya qoydu.

  • “Prezident bu mesajı ilə həm ziyalı təbəqəsinin, ali məktəblərdə dərs deyən professor-müəllim heyətinin, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Buludxan Xəlilov “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin gəncliyə xitabən söylədiyi fikirləri BDU-nun 100 illik yubileyində səsləndirməsi təsadüfi deyildi. Milli-mənəvi dəyərlər sisteminin, ənənələrimizin formalaşmasında mühüm rol oynayan BDU-nun gənclərin həyatına təsirinin əvəzsiz olduğunu qeyd edən B.Xəlilovun sözlərinə görə, Prezident bu fikirləri səsləndirərkən ali məktəb müəllimlərinə, ziyalılara mesajlar ötürüb ki, siz gəncliyi yetişdirərkən bu məqamlara xüsusi fikir verin, çünki gənclik Azərbaycan xalqının tarixini, ailə ənənələrini, böyüyə-kiçiyə hörməti dərindən mənimsəməlidir. “Bu çıxışında Prezident BDU müəllimlərinə, ümumilikdə, ziyalılara mesajlar ötürdü ki, onlar gəncliyimizi milli-mənəvi dəyərlərə uyğun şəkildə yetişdirsinlər. O bununla müəllimlərə səsləndi ki, siz gəncliyi düzgün istiqamətə yönəltməlisiniz. İkinci bir tərəfdən də o zalda əyləşənlərin böyük bir hissəsi gənclər idi, Prezident bu fikirləri söyləməklə gənclərin özünü ayıldırdı ki, onlar tariximizi, ailə dəyərlərimizi, milli mentalitetimizi hər zaman qorusunlar və dəyərlərimizi Avropanın çürük, mənasız dəyərlərinə dəyişməsinlər. Prezidentin çıxışındakı digər məqam isə bu idi ki, o, bu fikirlərlə orta və yaşlı nəsillə gənclər arasında əlaqələrə diqqət çəkdi. O, yaşlı nəslə müraciət edərək demək istəyirdi ki, yaşlı nəsil gəncliyi düzgün istiqamətləndirməli, gənclik isə yaşlı nəslə hörmət, ehtiramlıa yanaşmalıdır. Bunların hamısı da ali təhsil müəssisələrinin auditoriyalarında formalaşır. Ona görə də Prezident bu mesajı ilə həm ziyalı təbəqəsinin, ali məktəblərdə dərs deyən professor-müəllim heyətinin, həm də gəncliyin üzərinə böyük məsuliyyət qoyur”

B.Xəlilovun sözlərinə görə, bu gün Azərbaycanın ailə dəyərlərini dağıtmaq istəyən, onu Avropaya “inteqarsiya” adı ilə məhv etmək yolunu tutanlar var, amma onların bu təbliğatının qarşısını Azərbaycan dövlətinin həyata keçirdiyi mənəvi-ideoloji iş kəsir: “Azərbaycan dünyaya inteqrasiya edir, bunun bir məqamı da qadın-kişi, gender bərabərliyindən ibarətdir. Amma gender bərabərliyi məsələsində biz tamamilə Avropaya bənzəyə bilmərik. Avropadakı qadın-kişi bərabərliyində bəzən qadın hüquqları o mənada tapdalanır ki, qadına hörmət Şərq dəyərləri səviyyəsində ola bilmir. Amma Azərbaycan Şərqin bir parçasıdır. Biz Şərqdə ilk demokratik Cümhuriyyət quran xalq olaraq  nə qədər qadın-kişi bərabərliyini əsas götürsək də, qadına cəmiyyətdə, ailədə xüsusi hörmət olunur.  Qadın həm ailədə, həm cəmiyyətdə xüsusi hörmətə layiq olmalıdır, ona hörməti göstərməsək, onda ağsaqqala, ağbirçəyə, böyüyə, qadına hörmət məsələləri bizim leksikonumuzdan çıxa bilər. Biz onda ənənəmizdən uzaqlaşa bilərik. Nə qədər dünyaya inteqrasiya etsək də, dünya ilə ayaqlaşsaq da, müasir dünyanın bir parçası olsaq da, bizim ənənəvi dəyərlərimiz var. Bizim milli dəyərlərimizdən biri qadına, ağsaqqala, ağbirçəyə, böyüyə hörmətdir ki, buna gənclik əməl etməli, bu institutun yaşadılmasına çalışmalıdır”.

B.Xəlilov hesab edir ki, Azərbaycan Prezidentinin bu fikirləri Azərbaycan cəmiyyəti, xüsusən də gənclik üçün bir mesajdır. Gəncliyin öz milli-mənəvi dəyərlərimizə sahib olmasının vacibliyini deyən B.Xəlilovun sözlərinə görə, ailə dəyərlərinin qorunması, böyüyə hörmət göstərilməsi gəncliyin boynuna düşən işlərdəndir: “Ölkə başçısı gender bərabərliyinin ölkədə tətbiq edilməsi ilə bağlı bir milli-mənəvi konsepsiya ortaya qoydu. Azərbaycanda gender bərabərliyi qorunur, amma ondan əvvəl bizim qadına milli baxışımız gəlir. Əlbəttə, qadını qorumaq, onu müdafiə etmək kişilərin borcudur. Gərək qadın da ona göstərilən hörmətdən sui-istifadə etməsin. Qadın cəmiyyətimizin dayağıdır, anadır”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:16
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi – indi də Minsk onun məxfi sənədlərə çıxışını əngəlləmək istəyir

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ