11/12/2019 13:52
728 x 90

İntellektual oyun izləyərək “Nar”dan hədiyyə qazanmaq imkanı!

img

Gənc nəslin intellektual inkişafına hər zaman xüsusi önəm verən“Nar”ın dəstək olduğu “Brain Ring” intellektual bilik yarışının 14-cü mövsümü davam edir. Hər il olduğu kimi, bu mövsüm də televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, yarışın yayımı zamanı “Nar”ın “Facebook” hesabında yerləşdirilən suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Noyabr ayında isə məntiqi suallara düzgün cavab verərək qalib olan “Facebook” istifadəçiləri Borçalı Qurbanov, Mehman İsayev və Fuad Anzurovdur.

Qeyd edək ki, “Brain Ring” intellektual yarışlarında respublikanın müxtəlif bölgə və ali məktəblərini təmsil edən komandalar “Bilik” kuboku uğrunda mübarizə aparırlar. Yanvar ayının əvvəlinədək davam edəcək yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai TV vasitəsilə yayımlanır.  

Son xəbərlər