Cümə günü, 13 noyabr 2026
     

Bakıda Xətainin heykəlinin başqa yerə köçürülməsinə ciddi ehtiyac var

Image


Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Səfəvilər dövlətinin banisi və klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin ana dilimizin tarixi inkişafında, xalq dilindən saray dilinə, rəsmi dövlət atributuna çevrilməsində əvəzsiz rol oynadığı məlumdur.

Azərbaycan türkcəsi tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl zamanında istifadə olunub.

Şah İsmayıl Xətainin xatirəsinin əbədiləşdirilməsi üçün müstəqil Azərbaycan dövləti tərəfindən müxtəlif addımlar atılıb, paytaxt Bakıda, Gəncədə, eləcə də digər şəhərlərdə Xətai prospektləri salınıb, dahi şair və hökmdarın abidəsi ucalıdılıb.

Məlum olduğu kimi, 1993-cü ildə Bakıda Xətainin heykəli ucaldılıb. Heykəlin müəllifi İbrahim Zeynalovdur. Heykəl yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilir. 2007-ci ildə Şah İsmayıl Xətai heykəlinin postamenti yenidən qurulub, abidə isə bərpa edililib.

Uzun illərdir Şah İsmayıl Xətainin abidəsinin qoyulduğu məkan müzakirə mövzusuna çevrilib və heykəlin həmin ərazidən başqa bir əraziyə köçürülməsi aktuallaşıb. Qeyd edək ki, Xətainin heykəli Yusif Səfərov küçəsində, düz magistral yolun ortasında qoyulub. Küçədə hərəkətin intensiv olması ilə əlaqədar onun genişləndirilməsindən sonra abidə magistral yolun ortasında qalıb. Abidəni ziyarət etmək paytaxt sakinləri üçün əlçatmaz olub. Bununla bağlı narazılıqlar yaranıb. Tarixi şəxsiyyətin abidəsinin yerinin dəyişdirilməsi, onun ziyarətçilər üçün daha rahat, əzəmətli və görünən yerdə qoyulması ilə bağlı müxtəlif mətbuat səhifələri, sosial şəbəkələrdə müzakirələr aparılır. Ona görə də özümüz məsələni araşdıraraq müəyyən etdik ki, hazırda bir sıra qurumlar tərəfindən Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı hazırlıqlar aparılır və tanınmış ingiltərəli memar Mənsur Bookani tərəfindən yeni layihə işlənir.

Mətbuatın yazdığına görə, heykəl indiki yerindən bir qədər aralıda, həmin küçədə yerləşən parkın ərazisinə köçürüləcək. Burada əzəmətli abidə kompleksi yaradılması nəzərdə tutulub. Xətainin şah çadırında taxtda oturmuş şəkildə olacaq abidəsi əsas magistral yola – Yusif Səfərov küçəsinə baxacaq, ziyarətçilər üçün çox əlverişli olacaq və bütün istiqamətlərdən görünəcək. Həm də abidə şəhərin giriş-çıxışında yerləşən magistral yolun yanında olduğundan, paytaxta gələn və gedən qonaqlar, çoxsaylı turist də bu abidəni seyr edə biləcək.

  • Ziyadxan Əliyev: “Xətainin heykəlinin memarlıq həlli düzgün verilməyib”

Tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu gün yalnız Xətainin deyil, həmçinin, Üzeyir Hacıbəyovun, Xurşudbanu Natəvanın, Mirzə Ələkbər Sabirin də heykəlinin yerinin dəyişdirilməsinə ehtiyac var. Z.Əliyev qeyd etdi ki, Bakıda bir sıra heykəllərin memarlıq həlli düzgün verilmədiyi üçün, onların yeri dəyişdirilməlidir. “Xətainin heykəlinin magistralın tam ortasında olması heykəli ziyarət etmək istəyənlər üçün problemlər yaradır. Hesab edirəm ki, Xətainin heykəlinin yerinin dəyişdirilməsi zəruridir. Bir faktı da deyim ki, hər kəs heykəlin müəllifinin yalnız İbrahim Zeynalov olduğunu deyir, hər yerdə belə də yazılır. Amma İ.Zeynalov o heykəli tək düzəltməyib. Xətainin heykəlinin müəllifləri İ.Zeynalov və Zakir Mehdiyevdir. Heykəltəraş Z.Mehdiyevin əsərləri bir sıra beynəlxalq sərgilərdə iştirak edib. Heykəlin həmmüəllifi kimi Z.Mehdiyevin adının qeyd edilməsi ədalətin bərpa edilməsi olardı.

Bakıda yalnız Xətainin deyil, digər şəxsiyyətlərin də heykəllərinin yerinin, yönünün dəyişdirilməsi vacibdir. Çünki o heykəllərin çoxunun zamanında memarlıq həlli düzgün verilməyib. Bilirsiniz, Bakıda qoyulan heykəllərin bir çoxunun arxası günəşə tərəfdir, bu da gün uzunu heykəllərin üzünə kölgə düşməsinə səbəb olur. Xətainin heykəlinin də memarlıq həlli düzgün verilməyib, bilmirəm o vaxt bunu qəsdən ediblər, yaxud bilməyərəkdən, bu belə alınıb, amma heykəlin yeri dəyişdirilməlidir” - deyə Z.Əliyev bildirdi. 

  • Vaqif Abışov: “Bu abidəni ziyarət etmək həm paytaxt sakinləri, həm də turistlər üçün əlçatmazdır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışovun fikrincə, heykəlin yerinin dəyişdirilməsinə ehtiyac böyükdür. “Xətainin abidəsinin yerinin dəyişdirilməsi ilə bağlı uzun illərdir ziyalılar tərəfindən təkliflər, fikirlər səsləndirilir. Bu gün də bu məsələ geniş şəkildə müzakirə edilir. Xətainin heykəlinin hansı səbəbdən magistral yolun ortasında qoyulması həmişə müxtəlif suallar doğurub. Bu abidəni ziyarət etmək həm paytaxt sakinləri, həm də turistlər üçün əlçatmazdır, insanlar abidəyə yalnız uzaqdan baxmaqla kifayətlənirlər, ona görə də onun yeri dəyişdirilməlidir. Çünki abidənin qoyulduğu Yusif Səfərov küçəsi maşınların intensiv hərəkət etdiyi küçədir və insanlar maşınların qorxusundan abidəni ziyarət edə bilmirlər. Bu baxımdan hesab edirəm ki, Xətainin heykəlinin başqa bir yerə köçürülməsi, ərazidəki parka qoyulması çox yaxşı olardı. Bu barədə qərarı çox müsbət qiymətləndirmək olar. Xətainin abidəsi uyğun bir yerə köçürülərsə, o abidəni ziyarət edən sakinlərin, şagird və tələbələrin, turistlərin sayı daha çox olar” - deyə bildirən V.Abışov hesab edir ki, Xətainin abidəsinin köçürülməsi gecikmiş məsələ olsa da, bu gün bu barədə təşəbbüslərin qaldırılması yaxşı haldır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ