11/12/2019 03:57
728 x 90

Azərbaycanda nikahların sayı 9 ayda 2%, boşanmaların sayı 14,5% artıb

img

Yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin sayı 0,6% artaraq 2019-cu il oktyabrın 1-nə 10 mln. 44,466 min nəfər təşkil edib. Baki-xeber.com xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.

Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 116 nəfərdir.

Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

Bu dövrdə ölkə üzrə 104,702 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,1 təşkil edib. Yeni doğulan oğlanlar 53,2% qızlar – 46,8% təşkil edib. Körpələrin 2,454 mini əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Yanvar-sentyabr aylarında 42,017 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 5,7 (2018-ci ilin 9 ayı ərzində 5,9) təşkil edib.

Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 46,898 min nikah (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 2% - İF) və 12,713 min boşanma halı (artım 14,5%) qeydə alınıb.

Yanvar-sentyabr aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,52 min nəfər gələn və 1,196 min nəfər ölkədən gedən qeydə alınıb.

Son xəbərlər