11/12/2019 03:39
728 x 90

Qida Təhlükəsizliyi Agentliyinin bir neçə regional məmuruna “cinayət işi açılıbmış”, Baş Prokurorluğun xəbəri yoxmuş…

Respublika Baş Prokurorluğu təkzib yaydı

img

Baş Prokurorluğun bununla bağlı yaydığı açıqlamada deyilir:

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı məlumatlar dərc edilib.

Həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib edilir, eyni zamanda bildirilir ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmayıb və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.

Baki-xeber.com

Son xəbərlər