Cümə günü, 13 noyabr 2026
     

Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi

Image


Əhalini siyahıyaalma periodik və mütəmadi keçirilməklə, ölkədəki müxtəlif qrupları müqayisə etməyə kömək edən prosesdir. Siyahıyaalma, həmçinin, həyat keyfiyyətinin qiymətləndirilməsində əsas məlumat mənbəyidir.

Məlumdur ki, əhalini siyahıyaalma əhali haqqında sistematik olaraq məlumatların əldə edilməsi və qeyd olunması prosesidir. Qədim dövrlərdən başlayaraq dövlətlər tərəfindən əhali haqqında məlumat əldə etməyə xüsusi diqqət yetirilib. Bunun əsas məqsədi əhalinin sosial-iqtisadi və demoqrafik strukturunu müəyyənləşdirmək və müəyyən zaman daxilində baş verən dəyişikliklərin qeyd edilməsi və tədqiqidir.

Əhalinin həyat keyfiyyətini tədqiq edən başqa sorğulardan fərqli olaraq, əhalini siyahıyaalmada ölkədəki bütün ev təsərrüfatları sorğu edilərək öz məlumatlarını təqdim edirlər. Bundan əlavə, növbəti illərdə əhalinin həyat keyfiyyətini tədqiq edən sorğular üçün daha effektiv seçmənin aparılması baxımından əhalini siyahıyaalmanın nəticələri əvəzolunmaz mənbə hesab olunur.

Məlumdur ki, Azərbaycanda çoxlu sayda millətin nümayəndələri yaşayır. Siyahıyaalma əhalinin milli tərkibinə dair, habelə əhalinin həyatının müxtəlif aspektlərini, onların məskunlaşmasını, məşğulluğunu və ölkəmizdə yaşayan xalqlar arasında qarşılıqlı prosesləri təhlil etmək üçün geniş materialdır. Hazırda əhalini siyahıyaalma əhalinin milli (etnik) tərkibi və dil bilikləri haqqında məlumatların yeganə mənbəyidir. Bu haqda cari statistikada məlumat yoxdur. 

Siyahıyaalmanın əhəmiyyəti yalnız müxtəlif demoqrafik və etnoqrafik məlumat əldə etmək imkanı ilə məhdudlaşmır. Əhalini siyahıyaalma üzrə məlumatlar ölkənin inkişaf perspektivlərini qiymətləndirmək, proqnozların formalaşdırılması və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında gələcək strategiyaların hazırlanması üçün vacibdir. Əhalini siyahıyaalma zamanı əldə edilmiş məlumatlar dövlət orqanları tərəfindən büdcənin planlaşdırılması, uzunmüddətli layihələrin hazırlanması, sosial-iqtisadi siyasətin formalaşdırılması, məhsuldar qüvvələrin keyfiyyətinin və miqdarının dəqiqləşdirilməsi, istehlak bazarının öyrənilməsi üçün zəruridir.

  • “…növbəti illər üçün Azərbaycanın inkişafının bir çox parametr üzrə təsdiqini də ortaya qoyacaq”

Millət vəkili Rüfət Quliyev bildirdi ki, ölkəmizdə on ildən bir əhalini siyahıyaalma kampaniyası həyata keçirilir və on gün ərzində bu proses yekunlaşır: “Şübhəsiz ki, bu kampaniyanın möhkəm siyasi və iqtisadi əhəmiyyəti var. Oktyabrın 1-dən 15-nə qədər davam edən əhalini siyahıyaalma kampaniyasının əhəmiyyəti və məzmunu ondan ibarətdir ki, bu kampaniyadan sonra ölkə əhalisinin sayı haqqında dəqiq, eyni zamanda, əhalinin kateqoriyaları haqqında dolğun məlumat əldə ediləcək. Bununla yanaşı, əhalinin sayının dəqiqləşdirilməsi bir sıra iqtisadi nəticələrə gəlməyə əsas verir. Birinci növbədə, əhalinin sayının artımı onun təsdiqidir ki, ölkədə sosial-iqtisadi rifah yüksək səviyyədədir. Nəzərə alsaq ki, bir çox ölkədə insanların doğumu ilə ölümü arasında kəskin təzad var”.

Həmsöhbətimiz onu da vurğuladı ki, əhalinin artımına adekvat olaraq iş yerlərinin artırılması da öz həllini tapan məsələlər arasındadır: “Dövlət başçısı İlham Əliyev bu sahəyə çox böyük diqqət ayırır. Prezident özü də əhalini siyahıyaalmada iştirak edib. Onun da qeyd etdiyi kimi, əhalinin artımı ilə ölkənin iqtisadi inkişafı arasında dəqiq asılılıq mövcuddur. Hansı ölkənin ki, iqtisadi vəziyyəti aşağıdır, onun əhalisinin də sayı aşağı düşür. Demoqrafik problemlər üzə çıxır. Bu nöqteyi-nəzərdən, Prezidentin rəhbərliyi altında aparılan islahatlar özünü doğruldur. Eyni zamanda, bu, Azərbaycanın siyasi baxımdan mövqelərini gücləndirir. Əhalinin sayının artması həm də siyasi çəkisi olan məsələdir. Əhalinin sayı artdıqca, dövlətin mövqeyi də möhkəmlənir. Hesab edirəm ki, əhalini siyahıyaalma növbəti on il üçün Azərbaycanın inkişafının bir çox parametr üzrə təsdiqini də ortaya qoyacaq”.

  • “Əhalini siyahıyaalmanın məlumatlarına biznes sahəsində də ehtiyac duyulur”

“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev bildirdi ki, əvvəki siyahıyaalmalardan fərqli olaraq, sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə şərait yaradacaq: “Əhalini siyahıyaalma müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, baş verən dəyişiklikləri təhlil etməyə və proqnoz verməyə imkan yaradır. Əhalini siyahıyaalmanın əhəmiyyəti əhalinin, hətta kiçik bir məskunlaşma yerində olsa belə, həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. Məsələn, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar. Ayrılıqda şəhər və qəsəbələr, bütövlükdə, ölkə üzrə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini və ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür”.

Ekspert onu da vurğuladı ki, əhalini siyahıyaalmanın məlumatlarına biznes sahəsində də ehtiyac duyulur, belə ki, yalnız bir ölkə üçün, region, şəhər və digər bələdiyyələr üçün əmək resurslarının tam və dəqiq görünüşünü verən statistik məlumatlar əsasında biznes inkişaf edə bilər. Digər tərəfdən isə mövcud statistika potensial istehlakçıları tanımaq üçün kömək edəcək: “Əhalini siyahıyaalma cəmiyyət üçün vacibdir. Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin əhalisi siyahıyaalmanın nəticələrini maraqla öyrənir. İnsanlar öz ölkəsinin dünya ölkələri arasında hansı yerdə olduğu ilə maraqlanırlar. Cəmiyyət müəyyən bir müddət ərzində özünün daha zəngin və firavan yaşadığını, daha təhsilli və mədəniyyətli olub-olmadığını və ya inkişafına vaxt sərf edib-edilmədiyini anlamaq üçün öz portretini görmək istəyir. Əhali əvvəlki siyahıyaalmalarla özünü və özündən əvvəl gələn nəsilləri müqayisə edir”.

Bəllidir ki, əhalini siyahıyaalma tarixi ilk olaraq oktyabrın 1-10-dək müəyyən olunmuşdu. Həmin ərəfədə sosial şəbəkədə və ya elektron xəbər portallarında əhalinin bir hissəsinin siyahıya alınmadığı, ümumiyyətlə, onların qapılarının döyülmədiyi haqqında məlumatlar yayıldı. Siyahıya alınmayan əhalinin tam şəkildə siyahıya alınması üçün tarix 11-15 oktyabr tarixlərinə qədər uzadıldı.

  • “Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək”

İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, siyahıyaalma ölkə üçün mühüm əhəmiyyətə malikdir: “BMT-nin Statistika Komissiyası əhalini siyahıyaalmanı qiymətləndirən zaman bunun social-iqtisadi hadisə olduğunu bildirir. O baxımdan, Azərbaycanda da siyahıyaalma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımından vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalma yalnız vətəndaşlarımızın sayını deyil (halbuki, bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümkündür), əslində, daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda, qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımından da vacibdir. Halbuki, bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində, sadəcə, bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır".

Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev qeyd etdi ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda, siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də bu işə cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradıldı: “Həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalini siyahıyaalmaya yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkəmizdə keçirilən əhalini növbəti siyahıyaalma əsasən başa çatıb. Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən, təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Bu proseslər tam başa çatdıqdan sonra - 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanacaq".

Sonda qeyd edək ki, ölkəmizdə keçirilən əhalini növbəti siyahıyaalma prosesi nəticəsində əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayacaq.

Günel CƏLİLOVA

Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ