Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İssık Kula həsr etdiyi "İssık Kula arzum" şeiri "Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqının" sifarişi ilə qırğız və Azərbaycan dilinə tərcümə edilib. İttifaqdan “Bakı-Xəbər”ə verilən məlumata görə, şeiri qırğız dilinə Qırğızıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, eks dövlət katibi, fövqəladə və səlahiyyətli səfir Osmonakun İbraimov tərcümə etib.
Qeyd edilənə görə, Osmonakun İbraimovun "Çingiz Aytmatov imperiyanın axırıncı yazıçısıdır" kitabı "Türkdilli dövlətlərin siyasətinə dəstək" fondunun sifarişi ilə Azərbaycan dilinə tərcümə edilib. Şeirə Osmonakun İbraimov qırğız və rus dillərində rəy yazıb. Şeir rəylə birlikdə Qırğızıstanın milli informasiya agentliyi olan "Kabar" da və ən çox oxunan "Akipress" portalında nəşr edilib. Bundan başqa, dövlətin rəsmi qəzeti olan "Erkin Too" qəzetində nəşr edilib. Xatırladaq ki "Dünya azərbaycanlıları və digər türkdilli xalqları ittifaqı" və "Türkdilli dövlətlərin siyasətinə dəstək” fondunun prezidenti Nüsrət Məmmədovdur. Şeirə Qırğızıstanın məşhur bir bəstəkarı mahnı bəstələyir. Rus, Azərbaycan, qırğız dillərində ifa ediləcək mahnının təqdimatına Leyla xanımın da dəvət olunması gözlənir. Şeir rus dilindən Azərbaycan dilinə də tətcümə olunub. Azərbaycan dilinə şair-publisist Süleyman Əlisa tərcümə edib.
Qeyd edək ki şeirə bəstələnən mahnının təqdimatı Qırğızıstan-Azərbaycan mədəni əlaqələrində müstəsna rol oynayacaq.
Leyla QARAXANLI