Cümə günü, 13 noyabr 2026
     

Xatirə Kitabı Redaksiyası daha bir şəhid haqqında kitab hazırladı – Xəqani Əkbərov... - FOTO

Image


Sentyabrın 27-də Əl Oyunları Sarayı Konfrans zalında Qarabağ savaşında itkin düşmüş və hələ də əzizləri tərəfindən yolu gözlənilən Xəqani Eyvaz oğlu Əkbərovun döyüş və keçdiyi həyat yolundan bəhs edən “Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimi keçirildi. Respublika Xatirə Kitabı Redaksiyası və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən nəşr edilən “Gözlər yoldan yığılarmı” sənədli povestinin müəllifi tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır.

Qeyd edək ki, layihənin rəhbəri Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rəyçisi “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, redaktoru isə şair-publisist Zülfüqar Şahsevənlidir.

  • Əflatun Amaşov: “Hələ bu vaxta qədər onun doğmaları yolunu gözləyirlər”

“Gözlər yoldan yığılarmı” kitabının təqdimatına həsr edilən tədbirin aparıcısı, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov giriş çıxışında bildirdi ki, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıq göstərən və qanlı döyüşlərdə itkin düşən Xəqani Eyvaz oğlu Əkbərov bir qəhrəmandır. O vurğuladı ki, Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası indiyə kimi 17 cild kitab nəşr edib. “Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə işıq üzü görən, təqdimatına toplaşdığımız bu kitab isə “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan sayca üçüncü kitabdır. Təqdimatına toplaşdığımız bu kitab Azərbaycanın qəhrəman oğlu, cəsur kəşfiyyatçı, Qarabağ müharibəsində itkin düşən şəhid Xəqani Əkbərovun ömür və döyüş yolundan bəhs edir. Əgər Xəqani yaşasaydı, onun 50 yaşı olacaqdı. O, 25 il bundan əvvəl itkin düşüb, şəhid olub. Hələ bu vaxta qədər onun doğmaları yolunu gözləyirlər. Kitabın müəllifi, tanınmış jurnalist Nəzirməmməd Zöhrablı bu kitabı hazırlayarkən kifayət qədər iş aparıb, qəhrəmanın döyüş yoldaşları ilə əlaqə yaradıb, onlarla görüşüb, onun necə döyüşdüyünü, hansı vəziyyətdə itkin düşdüyünü qeyd edib. O bu kitabı döyüş dostlarının, ailəsinin xatirələri əsasında ərsəyə gətirib. Kitabın birinci hissəsi xatirələr bölməsidir. Burada əsasən Xəqaninin döyüş yoldaşlarının xatirələri əsasında onun döyüş şücaətlərini əks etdirib. Kitabın ikinci hissəsində qeyd edilir ki, 25 ildir ana öz övladının yolunu gözləyir, ana inanır ki, övladı sağdır və nə vaxtsa qayıdacaq. Bu publisistik bədii əsər o  məziyyətlərinə görə daha çox diqqəti cəlb edir ki, ana öz oğlunu Vətən uğrunda döyüşə göndərir və övladı Vətən uğrunda döyüşüb, itkin düşüb, onun taleyindən xəbər yoxdur, qəbri hardadır...

Xəqani İsmayıllı rayonunun Gəraybəyli kəndində doğulub, Dövlət Neft Kimya İnstitutuna daxil olub və təhsilini yarımçıq qoyaraq könüllü olaraq döyüşə gedib. O bəlkə də müharibəyə getməyib elə bizim aramızda da ola bilərdi, amma o, Vətənin dar günündə döyüşə gedib. Qəhrəmanlar ölmür”.      

Ə.Amaşov qeyd etdi ki, bu vaxta qədər “Gözlə, gələcəyəm”, “Bir xatirə dəftərinə bənzəyir ömür” kitabları işıq üzü görüb.  

  • Aydın Quliyev: “Əgər biz bu kitabın çapa hazırlanması ilə şəhidimizin qohumlarının, ailəsinin, yaxınlarının, azacıq da olsa, qəlbinə daxil ola bilmişiksə, onlara, azacıq da olsa, təsəlli verə bilmişiksə, özümüzü xoşbəxt hiss edirik”

Sonra Ə.Amaşov sözü nəşrin rəyçisi, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə verdi. A.Quliyev çıxışında vurğuladı ki, Respublika Xatirə Kitabı Redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından nəşr edilən kitablar dövlət və ictimai maraqlarla səsləşən, çox əhəmiyyətli, çox dəyərlidir. “Bu layihə çox böyük dövlətçilik dəyəri, ictimai əhəmiyyəti olan bir layihədir. Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi layihələr çox rəngarəngdir, müxtəlifdir. Bilirsiniz ki, indiyə qədər Xatirə Kitabının 16 cildi və xüsusi buraxılışı işıq üzü görüb. Bu redaksiyada Böyük Vətən Müharibəsində itkin düşmüş soydaşlarımız haqqında kitablar hazırlanır. Eləcə də redaksiya erməni təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızla bağlı ayrıca xüsusi buraxılış nəşr etdirib. Bildiyim qədər, onun növbəti cildləri də çapa hazırlanır. Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi bu layihələrin içində ən dəyərli layihələrdən biri də şəhidlərimiz haqqında belə sənədli-bədii povestlərin yazılmasıdır. Şadam ki, şəhidlərimiz haqqında yazılan hər üç kitabın materiallarının ilkin təqdimatını ictimaiyyətə biz - “Bakı-Xəbər” qəzeti edib. Mən Nəzakət xanıma və redaksiyanın bütün kollektivinə təşəkkürümü bildirirəm ki, bu vacib missiyanın həyata keçirilməsində əhəmiyyətli rollardan birini oynamaq bizə - “Bakı-Xəbər” qəzetinin kollektivinə qismət olub. Biz o yazıların cəmiyyətə ilkin təqdimatını həyata keçirən mətbuat orqanına çevrilmişik. Bu nöqteyi-nəzərdən də bizim adımız tarixə düşür. Şəhidlər ölməzdir və şəhidlər haqqında yazılan yazılar da, əsərlər də ölməzdir. Bu kitabın yazılmasının, təbii ki, arxasında böyük zəhmət dayanır. Bu işdə müəllifin, eləcə də onun çapa hazırlanmasında əməyi olan insanların çox böyük zəhməti var. Əgər biz bu kitabın çapa hazırlanması ilə şəhidimizin qohumlarının, ailəsinin, yaxınlarının, azacıq da olsa, qəlbinə daxil ola bilmişiksə, onlara, azacıq da olsa, təsəlli verə bilmişiksə, özümüzü xoşbəxt hiss edirik”.

Şəhidin yaxınlarına, qohumlarına tədbirdə iştirak etdiklərinə görə təşəkkür edən A.Quliyev qeyd etdi ki, əslində, bütün Azərbaycan vətəndaşlarının şəhidin ailəsinə borcu var. X.Əkbərovun bu gün öz xatirələri ilə aramızda olduğunu vurğulayan A.Quliyev bildirdi ki, şəhid bizim üçün bir and yerinə çevrilib.

  • Flora Xəlilzadə: “Bu kitab bir təsəllidir”

Tədbirdə çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə də X.Əkbərovun ömür və döyüş yoluna həsr edilən nəşrlə bağlı fikirlərini bölüşdü: “Ailəsində, nəslində kifayət qədər şəhid olan, onlar arasında Milli Qəhrəman adına layiq görülən bir nəslin nümayəndəsi kimi demək istəyirəm ki, belə kitablar yazmaq heç də asan deyil. Yox ki, faktları toplamaq, o izə düşmək çətindir, bunu yazarkən insanın içi ovulur, ürəyi üzülür. Bilirsiniz, bu kitab bir təsəllidir. Rahatlıq tapıram ki, biz bu təsəlliləri meydana gətiririk, tarixə qovuşdururuq, gələcək üçün bir arxiv, bir mənbə qoyuruq... Bizim hamımızın son dayanacağımız var, ancaq bizim şəhidlər ona görə xoşbəxtdirlər ki, onlar bizdən fərqləndilər, seçildilər və elə bir zirvəyə yüksəldilər ki, orada əbədiyaşarlıq qazandılar. Bir arzum var, qələbə soraqlı kitablar yazasınız ki, torpaqlar alındı. Bax, bu şəhidin ruhu narahatlıqdan qurtardı... Biz yazırıq. Biz bir anaya, bir valideynə, bir nəslə təsəlli qoyuruq, amma nə o gözlər yoldan yığışır, nə göz yaşları kəsilir, nə də o ürək ağrıları əksilir. Gün o gün olsun ki, biz şəhidlərin ruhu qarşısında xəcalət çəkməyək”.

  • Qərənfil Quliyeva: “Biz şəhidlərimiz, qəhrəmanlarımız haqqında çox yazmalıyıq və onları tanıtmalıyıq, yaşatmalıyıq”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Qərənfil Quliyeva da çıxışında şəhidlər haqqında yazmağın həddindən artıq çətin və iztirablı olduğunu bildirdi. “Mən 3 il 8 ay cəbhə müxbiri işləmişəm. Cəbhədə baş verənləri, şəhidləri, anaların göz yaşlarını çox görmüşəm. Ona görə də belə kitabların ərsəyə gəlməsi həddindən artıq çətindir. Amma çətin olmasına baxmayaraq, bu, şəhidlərimizin ruhu qarşısında bizim borcumuzdur. Hər bir qələm əhlinin borcudur ki, onların ruhunu bu kitablarla, yazılarla şad etsin. Heç olmasa gənc nəsli onlar kimi vətənpərvər, millətsevər, öz Vətəninə, yurduna bağlı olaraq yetişdirək. Bu baxımdan, müəllifə də minnətdarlığımı bildirirəm. Müəllif mənə daha çox yaxındır. Mən onun imzasını bu kitabın üzərində görəndə çox sevindim. Mən həmişə deyirəm ki, biz şəhidlərimiz, qəhrəmanlarımız haqqında çox yazmalıyıq və onları tanıtmalıyıq, yaşatmalıyıq. Arzu edirəm ki, elə zaman gəlsin, biz qələbə soraqlı kitablar yazaq”.

  • Qasım Həsənov: “Məlum oldu ki, Xəqani və Fərhad itkin düşüblər...”

Sonra isə Ə.Amaşov sözü X.Əkbərovun komandiri olmuş Qasım Həsənova verdi. Q.Həsənov əsgərinin qorxmazlığından, cəsurluğundan danışarkən bildirdi ki, Xəqani Vətəni canından çox sevirdi. Q.Həsənovun sözlərinə görə, onlara göstəriş gəlir ki, arxaya çəkilmək lazımdır, 18 əsgərdən 16-sı komandirlə birgə geri çəkilsə də, Xəqani döyüş yoldaşı Fərhadla geri çəkilməyib: “Xəqani və Fərhad arxaya çəkilmək istəmədilər. Deyirdilər ki, döyüşdə öndə olmalıyıq. Yəni 16 nəfər məni eşidib geri çəkilsə də, Xəqani və Fərhad geri çəkilmədilər. Biz geri çəkildik, ara sakitləşəndən sonra məlum oldu ki, Xəqani və Fərhad itkin düşüblər. Nə qədər axtarsaq da, onları tapa bilmədik. Qarşıda rusların “çyornaya koşka” deyilən alayı dayanmışdı”.  

Tanınmış jurnalist, cəbhə və şəhidlik mövzusunda kifayət qədər yazan, kitablar nəşr etdirən Zemfira Məhərrəmli də tədbirdə çıxışında X.Əkbərovun şəhidlik yolunu yüksək dəyərləndirdi: “Qələm əhli hər mövzudan yazır, amma ağrılı mövzulardan yazmaq həqiqətən də çox çətindir. Başqa sözlə, Vətən dərdindən yazmaq həmişə lazımdır. Vətən dərdindən yazmasaq, dərdlərimizi çatdırmasaq, olmaz. X.Əkbərov çox xoşbəxt bir insandır ki, şəhidlik zirvəsinə yüksəlib. Deyirlər ki, qəhrəmanlıq, igidlik ölümə bir atılım deməkdir. Əslində elədir. Şəhidlər öz həyatlarını heç vaxt düşünmədilər, onlar Vətəni düşündülər, qarış-qarış itirilən, sinəmizdən ağır daş kimi asılan Vətən dərdini düşündülər. Ona görə də onlar şəhid oldular”.

X.Əkbərovun dayısı, el ağsaqqalı Rəsul Cəfərov şəhid bacısı oğlundan danışarkən qəhərini gizlədə bilmədi. O bildirdi ki, Xəqani döyüşə könüllü gedib və müharibədə şücaətlə döyüşüb, itkin düşüb. Hələ də Xəqaninin yolunu gözlədiklərini deyən R.Cəfərovun sözlərinə görə, X.Əkbərov itkin düşdükdən sonra o, Xəqaninin qardaşı Knyaz Əkbərovla birgə bir neçə ay onun döyüşdüyü əraziləri qarış-qarış gəzib, eyni zamanda, müxtəlif təşkilatlara sorğu verməklə bacısı oğlundan bir soraq almaq istəyib, lakin heç bir informasiya əldə edə bilməyib.

R.Cəfərov “Gözlər yoldan yığılarmı” kitabının ərsəyə gəlməsində əməyi olan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya, eləcə də kitabın müəllifinə, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

  • Zülfüqar Şahsevənli: “Şəhidlər haqqında yazılan kitablar gələcək nəsillər üçün yadigardır”

Kitabın redaktoru, tanınmış şair-publisist Zülfüqar Şahsevənli isə çıxışında bildirdi ki, təqdim edilən bu kitab olduqca dəyərlidir. Respublika Xatirə Kitabı Redaksiyasının layihəsi əsasında nəşr edilən “Gözlər yoldan yığılarmı” kitabının “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından üçüncü kitab olduğunu deyən Z.Şahsevənli bildirdi ki, hər üç kitabın boyu, biçimi eynidir. “Respublikada şəhidlər haqqında sistemli şəkildə kitabları Xatirə Kitabı Redaksiyası çap etdirir. Bu kitablar səriştəli, imzası respublikada tanınan həmkarlarımız tərəfindən yazılır. Şəhidlər haqqında yazılan kitablar gələcək nəsillər üçün yadigardır. Nəşr olunan hər üç kitabın qəhrəmanlarının hər biri nişanlıdır. Nişanlı olaraq ömürləri yarımçıq qırılıb. Bu kitab onların ailəsinə bir təsəllidir” - deyə Z.Şahsevənli qeyd etdi.

  • Nəzirməmməd Zöhrablı: “Xəqani məndən ötrü bu Vətəndə bizim həmişə ehtiyacımız olan birləşdirici simvoldur”

Kitabın müəllifi Nəzirməmməd Zöhrablı isə çıxışında bildirdi ki, əvvəlcə mövzu ilə tanış olub, sonra isə axtarışlara başlayıb. “Xəqani məndən ötrü nədir? Xəqani məndən ötrü bu Vətəndə bizim həmişə ehtiyacımız olan birləşdirici simvoldur. Xəqani məndən ötrü o mənada qiymətli adamdır ki, Vətən üçün canından keçib. Xəqaniyə deyiblər ki, nişanlı oğlansan, qal toyunu edək. Mən bütün axtarışlarımdan sonra belə başa düşdüm ki, Xəqani fikirləşib ki, mən gedib Vətəni qorumasam, heç İsmayıllı da qalmayacaq, onda nişanlımın üzünə necə baxacağam... Xəqani birləşdirici faktordur. Ona görə də Xəqani qəhrəmandır. Qəhrəmanlıq elə-belədə bilinmir, qəhrəmanlıq qəlbdə yaşayır-yaşayır və məqamı çatanda üzə çıxır. Belə kitabların yazılması, gələcək nəsillərə çatdırılması vacibdir” - deyə müəllif vurğuladı. 

Şəhidin qardaşı Knyaz Əkbərov da çıxış edərək qeyd etdi ki, qardaşının döyüş yolu həqiqətən də gənc nəsil üçün böyük örnəkdir. Qardaşı itkin düşdükdən sonra onu axtardıqlarını, lakin bu 25 ildə ondan heç bir soraq ala bilmədiklərini dedi. O, həmçinin, təklif etdi ki, “Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimlərindən biri X.Əkbərovun doğulduğu Gəraybəyli kəndində keçirilsin. K.Əkbərov, eyni zamanda, kitabın ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirdi.

  • Nəzakət Məmmədova: “İtkin düşmüş övladın yolunu gözləmək ağır işdir”

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın ərsəyə gəlməsindən danışdı. “Bayaq Rəsul müəllim dedi ki, gözlər yoldan yığılmır. Mən başa düşürəm. Amma inanın ki, o son ümidin bitdiyi günə qurban deyənlər də, o günün sevincini yaşayanlar da olub. Yəni xəbər gəlib ki, o harada dəfn olunub, məzarı haradadır. Mən onun şahidi olmuşam. Redaksiyamıza gəlib bizə təşəkkür ediblər ki, siz öz yazınızla bizim gözümüzü yoldan yığdınız, biz artıq qurbanımızı kəsdik, gedib qəbrini ziyarət etdik. İtkin düşmüş övladın yolunu gözləmək ağır işdir. Mən Telli ananı şəxsən tanımırdım, amma mən onun belinin bükülməsini gördükdə inanın ki, uzun müddət o səhnəni unutmadım, hər an o səhnəni yaşadım. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. İnanın ki, 20 ildir mən öz sevincimi itirmişəm, demək olar, bir başqa insana çevrilmişəm.

Mən bura gələn hər bir insana, Əflatun müəllim, sizə təşəkkür edirəm. Sizə minnətdaram ki, yanımızdasınız. İşinizin çox olmasına baxmayaraq, bu işə dəyər verirsiniz. Üçüncü kitabımızdır ki, siz burada aparıcı olursunuz. Artıq barəsində kitab yazılacaq növbəti şəhidimiz də məlumdur. Saatlı şəhidi haqqında yazılacaq. Mən “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində yazılacaq kitabların materiallarının nəşr edilməsi üçün bir neçə qəzetə müraciət etmişdim. Onlar arasında Aydın müəllimdən ürəklisi tapılmadı.

Şəhidimizin hələ bundan sonrakı taleyi, yolu müəyyən olunmasa da, onunla bağlı belə bir kitab ərsəyə gətirildi. Bilirsiniz, qəhrəmanlar doğulmurlar, qəhrəmanlıq üçün bir an lazım olur, bu qəhrəmanlığı da X.Əkbərov kimi oğullar göstərib” - deyə N.Məmmədova bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ