şənbə günü, 14 noyabr 2026
     

Elm və təhsilin inkişaf etdirilməsi

Image


Elm və təhsil hər bir dövlətin, xalqın əsas sütunlarından, dayaqlarından biridir. Elmsiz, təhsilsiz cəmiyyət inkişafa, tərəqqiyə, uğura nail ola bilməz. Bu tarixən belə olub. Çünki mayası, özəyi olmayan cəmiyyətin formalaşması mümkünsüzdür. Dünyada bütün inkişaf etmiş ölkələrin tarixənə nəzər salsaq görərik ki, həmin dövlətlərin bu səviyyəyə gəlib çatmasının kökündə elm və təhsilin inkişafı dayanır. 19-cu əsrin ortalarında bu sahədə baş verən yeniliklər sonrakı dövrdə dünyanın inkişafına əhəmiyyətli dərəcədə yön verməyə başladı.

Azərbaycanda elmin inkişafına hələ qədim zamanlardan böyük əhəmiyyət verilib. Tarixən müxtəlif dövrlərdə Azərbaycan alimləri yaşayıb, yaradıb, nəinki milli elm tariximizdə, hətta dünyanın elm tarixində hadisə olan əsərlər yazıb, kəşflər edib, məktəblər formalaşdırıblar. Bu gün o məktəblər dünyanın elm tədqiqatçıları tərəfindən öyrənilir, tətbiq edilir. Müstəqil Azərbaycan da elm və təhsilin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan dövləti son illər hər iki sahədə böyük islahatlar, bir-birilə sıx bağlı olan bu istiqamətlərin, sahələrin inkişafına yönələn tədbirlər həyata keçirib. Azərbaycanda elm siyasətinin yenidən müəyyən edilməsi, onun müxtəlif istiqamətinin təkmilləşdirilməsi, bu yöndə yeniliklərin tətbiqi müasir elmimizin dünya elmi ilə uzlaşmasına gətirib çıxarıb. Bu müsbət hadisə ölkənin elm ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Məlum olduğu kimi, illər əvvəl Azərbaycanda elm və təhsil sahəsinin vəziyyəti elə də ürəkaçan deyildi. Bu gün alimlərin, elm adamlarının, təhsil işçilərinin sosial vəziyyəti xeyli yaxşılaşıb. Onların əməyinin dəyərləndirilməsi sahəsində bir sıra addımlar atılıb. Elm adamlarının bu sahə ilə məşğul olması üçün hər cür şərait yaradılıb. Qlobal dünyanın çağırışlarına cavab verən müasir təhsil sisteminin qurulması Azərbaycan dövlətinin başlıca hədəflərindəndir. Sürətli inkişaf yolunda olan Azərbaycanda təhsilin maddi-texniki bazası möhkəmləndirilir, dünyanın qabaqcıl ölkələrinin bu sahədəki təcrübələri öyrənilir və tətbiq edilir. Xalqımız hər zaman təhsilə, elmə, maariflənməyə xüsusi maraq göstərib. Bu gün hər bir azərbaycanlı ailəsi övladlarının təhsil alması, cəmiyyətə yararlı, savadlı bir şəxsiyyət kimi formalaşmasına çalışır. Əlbəttə ki, sağlam təfəkkürlü gənc nəslin yetişməsində fədakar, savadlı, təcrübəli müəllimlərin, təhsil işçilərinin rolu əvəzsizdir. Azərbaycanda uşaqların yaxşı təhsil alması üçün valideynlər mümkün olan qədər çalışırlar. Uşaqları hazırlıq kurslarına yazırlar, imkanlı olan şəxslər uşaqlarının ən yaxşı özəl liseylərdə təhsil almasına önəm verirlər. Azərbaycan cəmiyyətində təhsilə xüsusi diqqət yetirilir. Öz gələcəyini düşünən hər bir cəmiyyət, xalq, dövlət birinci növbədə öz məktəbinə, təhsil sisteminə böyük diqqətlə yanaşmalıdır. Azərbaycan xalqı həmişə elmə, təhsilə, maariflənməyə həvəsli olub. Cəmiyyətdə savadlı, təhsilli insanların xüsusi çəkisi olub.

Azərbaycan dövləti də təhsilin inkişafına xüsusi diqqət ayırır. Son illər bu sahədə çoxsaylı iş həyata keçirilib. Xeyli sayda məktəb tikilib, köhnə məktəblər əsaslı təmir olunaraq yenidən qurulub. Ucqar kəndlərdə modul tipli məktəblər istifadəyə verilib. Modul tipli məktəblərin tikintisi digər məktəblərlə müqayisədə ucuz başa gəlir. Ucqar və əhalisi az olan kəndlərdə belə məktəblərin tikintisi daha sərfəlidir. Bununla yanaşı, son illər ali və orta ümumtəhsil məktəblərində dərs deyən müəllimlərin məvacibi artırılıb. Azərbaycanda təhsil sisteminin müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil keyfiyyətinin artırılması istiqamətində işlər bu gün də davam etdirilir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda təhsilin keyfiyyətinin daha da artırılması dövlətin qarşısında duran ən prioritet məsələlərdən biridir. Son illər ərzində paytaxtda və bölgələrdə köhnə məktəb binalarının müasirləşdirilməsi, yeni məktəblərin inşası sahəsində aparılan işlər çox yüksək dəyərləndirilməlidir. Azərbaycanda məktəb tikintisinə, məktəbəqədər təhsilin inkişafına Heydər Əliyev Fondunun verdiyi töhfələr də xüsusi qeyd olunmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması bu işlərə böyük təkan verir.

Təhsil sistemində həyata keçirilən köklü islahatlar, müasir təhsil standartlarının tətbiqi, keyfiyyətin artırılmasının başlıca prioritet istiqamətlərdən biri kimi qəbul olunması, yüksək bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi yönündə görülən işlər Azərbaycan təhsilinin inkişaf imkanlarını genişləndirib. Təhsilin inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqətin nəticəsidir ki, təhsil sahəsində bir sıra layihələr həyata keçirilib. Prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib: “Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin şəkildə artıb. Yəni cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi böyük dəyişikliklərə gətirib çıxarıb”.

Azərbaycanlı gənclər dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Dövlət tərəfindən buna verilən dəstəyin nəticəsidir ki, gənclərin böyük əksəriyyəti Azərbaycana qayıdaraq yüksək səviyyəli mütəxəssis kimi ölkədə öz fəaliyyətlərini davam etdirir, ölkənin ümumi inkişafına, iqtisadi, sosial həyatının daha da irəli aparılmasına öz töhfələrini verirlər. Dövlət rəhbərinin təhsilə qayğısı nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, eyni zamanda, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə, ümumilikdə, müəllim peşəsinə olan marağın artmasına səbəb olub. Ali məktəblərə qəbul imtahanlarında 2000-dən çox tələbə 500-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunub. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə daha böyük maraq göstərirlər. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Bütün bu uğurlar Prezidentin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Təhsilə olan həssas münasibət son nəticədə müəllim peşəsinin nüfuzunun yüksəlməsində, cəmiyyətdə təhsilə olan müsbət yanaşmaların möhkəmlənməsində özünü göstərir. Həmçinin, ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir. Bu işlər, ümumilikdə, məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə öz müsbət təsirini göstərir.

Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə ciddi islahatlar aparılıb və əhəmiyyətli işlər həyata keçirilib. AMEA-da təhsil sistemini müasir səviyyədə inkişaf etdirmək aparılan islahatların başlıca hədəflərindən biridir. AMEA-nın Rəyasət Heyəti Azərbaycanda elm və təhsilin vəhdətini prioritet vəzifələrdən biri hesab edir. Bütün bunları nəzərə alaraq Akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı ölkə başçısına müraciət edilib. Ölkə Prezidenti bu müraciətə xüsusi diqqət göstərərək, AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistraturanın yaradılması barədə qərar qəbul edib. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi isə bu işdə AMEA-ya hərtərəfli dəstək göstərib. Nəticədə 2015-ci ildə, ilk dəfə olaraq, AMEA-da ali təhsilin magistratura pilləsi yaradıldı. 2018-ci ildə AMEA magistraturasından ilk buraxılış uğurla başa çatdırılıb. Akademiyada magistraturanın yaradılması elmə marağı olan gənclər tərəfindən böyük rəğbətlə qarşılanıb. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına ərizə verənlərin sayı yüksək olur. 2016-cı ildə bu rəqəm 700-ə, 2017-ci ildə isə 2000-ə yaxın, 2018-ci ildə isə 2000-dən çox olub.

Bütün bunlar həm də onun göstəricisidir ki, Azərbaycanda elmlə təhsilin uğurlu inteqrasiyası qurulub. Bunların vəhdət halında bir-birini tamamlaması ölkədə elm və təhsilin inkişafının davamlı olacağından xəbər verir. Müasir dövrün tələbləri ilə ayaqlaşmaq və bundan irələ gələn tələblərə cavab vermək üçün sadalanan amillərin nəzərə alınması vacibdir. O baxımdan müşahidələr göstərir ki, bu sahədə daha çox çalışmaq lazımdır. Müasir elmi-texniki nailiyyətləri öyrənmək, onları davamlı olaraq təhsildə və istehsalatda tətbiq etmək vacibdir. Çünki elmi-texniki yeniliklər davamlı olaraq cəmiyyətə, insanların həyat tərzinə öz təsirini göstərir. O üzdən, bütün bunların hər zaman bir-birini tamamlaması vacib məsələlərdən biridir. Ona görə də ölkədə elm və təhsilin inkişafına hər bir vətındaş öz töhfəsini verməyə çalışmalıdır. Yalnız o halda daha böyük nailiyyətlər əldə etmək mümkün olacaq.

Vidadi XUDAŞOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ