şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda 932 məhkum qolunda elektron nəzarət qolbağı ilə gəzir - FOTO

Image


Ədliyyə Nazirliyi və Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəyə start verib. Layihə çərçivəsində media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlər keçirilir.

İlk brifinq martın 6-da nazirliyin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında ictimai komitənin üzvləri və 40-dan çox KİV nümayəndəsi iştirak edirdi.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova tədbirdə çıxış edərək bildirdilər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında onların iştirakını yaxından təmin etməkdir.

Tədbirdə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri haqqında ətraflı məlumat verildi. Bu baxımdan, maarifləndirmə tədbirlərinin və media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanaraq, brifinqin əhəmiyyəti qeyd olundu. Bildirildi ki, mütəmadi xarakter daşıyan belə tədbirlər nazirliyin fəaliyyətinin bütün istiqamətlərini əhatə edəcək.

Sonra İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov brifinqdə çıxış edərək nazirliyin mühüm fəaliyyət istiqamətləri olan icra və probasiya xidmətlərinin istintaq və cəzaların icrası sahəsində fəaliyyətindən, bu qurumların gördüyü işlərdən danışdılar.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər bildirdilər ki, bu cür tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir. Brifinqdə sual-cavab da həyata keçirildi, iştirakçılar arasında fikir mübadiləsi aparıldı, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olundu, jurnalistlərin sualları cavablandırıldı.

Müzakirələrin gedişində İcra baş idarəsinin rəisi N.Mustafayev bildirdi ki, 2016-ci ildə 700 minə yaxın, 2017-ci ildə 850 mindən çox, 2018-ci ildə 900 mindən çox iş məhkəmə icraatına yönəlib. 2018-ci ildə icra olunan işlərin sayı 60 faizdən bir qədər çox olub.

Cəzaların icrası idarəsi rəisinin sözlərinə görə, icraya yönəlmiş işlər üzrə 2016-cı ildə 555 milyon, 2017-ci ildə 560 milyon manat, 2018-ci ildə 1milyard 154 milyon manat ödətdirilib. 2018-ci ildə idarə tərəfindən ödətdirilmiş aliment borcu 125 milyon manat olub. İdarə vergi borcları üzrə 30 milyon manatı dövlət büdcəsinə ödətdirib.

Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəisi Aqşin Ziyadov dedi ki, ötən il 600-dən artıq məhkuma nəzarət qolbağı tətbiq olunub. Hazırda bu cür qolbaqları gəzdirənlərin sayı 900 nəfərdən bir qədər artıqdır. Onun sözlərinə görə, azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi Prezident İlham Əliyevin “Cəzaların humanistləşdirilməsi”nə dair imzaladığı sənəd çərçivəsində olub. 2018-ci ilin sonunda ictimai işlər növündə cəza çəkən 262 şəxs olub: “Avropa ölkələrində ictimai işlərlə bağlı cəzalar geniş tətbiq olunur. 2018-ci ildə Probasiya Xidmətində 21247 məhkum qeydiyyatda olub. İlin sonuna 11 mindən bir qədər çox məhkum qeydiyyatda qalıb”.

Görüşdə iştirak edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxışında bildirdi ki, bu cür görüşlərin keçirilməsi faydalıdır: “Ədliyyə Nazirliyi böyük fəaliyyət planı hazırlayır. KİV-in Ədliyyə Nazirliyinin nəzdindəki bütün idarələrlə görüşünü təşkil etmək, onlar arasında əlaqə yaratmaq və birbaşa informasiya alınması işinin daha effektiv təşkilinə nail olmaq bu planın əsas tərkib hissəsidir. 

Ədliyyə Nazirliyinin fəaliyyəti hər zaman aşkarlıq və şəffaflıq prinsipi əsasında olub. Son illərdə bu proses daha da dərinləşməyə doğru gedib. Bütövlükdə, Ədliyyə Nazirliyi sistemində ciddi islahatlar gedir. Bu günlərdə ölkə başçsı tərəfindən Azərbaycan ədliyyəsinin inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən fəaliyyət planı qəbul edildi. Bu fəaliyyət planının əsas istiqamətlərindən biri də şəffaflıq və hesabatlılığın artırılması idi. O cümlədən, vətəndaş cəmiyyəti qurumları, media ilə əlaqələrin genişləndirilməsinə də ayrıca bir fəsil ayrılmışdı.

Bu görüşün məqsədi ondan ibarətdir ki, Ədliyyə Nazirliyinin geniş fəaliyyət istiqamətləri ilə bağlı media ətraflı şəkildə məlumatlansın. Həm də medianın birinci mənbədən informasiya almaq imkanları daha da genişlənsin. Çünki Ədliyyə Nazirliyinin fəaliyyəti elə prinsiplərə söykənir ki, burada dəqiq informasiya daha mühüm əhəmiyyətə malikdir. Media ilə təlimlərin, mütəmadi görüşlərin keçirilməsi nəzərdə tutulur.

Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu görüşlə, bütövlükdə, bir daha mediaya açıq olduğunu bəyan edir və ölkədə həyata keçirilən şəffaflıq-hesabatlılıq, islahatların dərinləşməsinə sadiqliyini ortaya qoyur.

Ədliyyə Nazirliyi islahatların hazırlanması və icrası prosesində hər zaman lokomotiv rolunu oynayıb. Çünki bütün hüquqi aktlarla bağlı Ədliyyə Nazirliyi rəy verir, bunları qeydiyyata alır. Notariat funksiyası, penitensiar xidmət, reyestr, cəzaların icrası, probasiya, məhkəmə qərarlarının icrası, nikahın bağlanması, xitam verilməsi və s. kimi genişmiqyaslı funksiyaları həyata keçirir”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə bildirdi ki, Ədliyə Nazirliyinin media ilə bu cür əməkdaşlığı təqdirəlayiqdir: “Biz xahiş edərdik ki, Ədliyyə Nazirliyinin tabeliyində olan qurumlar media ilə daha operativ şəkildə işləsinlər. Elə olur ki, məhz bu strukturlara aid olan informasiyanı dəqiqləşdirməkdə biz çətinlik çəkirik. Bizə deyirlər ki, sorğunuzu yazılı göndərin. Həmin sorğunu göndərib, cavab almaq bəzən bir neçə gün çəkir. Bunun da nəticəsində həmin məlumatla bağlı şayiələr mediaya yol açır. Geçikmiş şəkildə düz təqdim olunan məlumat da öz effektini itirir. Ümid edirik ki, bu istiqamətdə ciddi irəliləyişlər əldə olunacaq ki, biz məlumatı operativ şəkildə dəqiqləşdirə bilək”.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev isə Ədliyyə Nazirliyinə sosial platformaları üzərindən əhali ilə canlı yayıma çıxmaq təklifini etdi: “Bizim sosial şəbəkələrdə aktiv səhifələrimiz var. Düşünürəm ki, əhalini maraqlandıran sualları həmin səhifələr üzərindən etmək olar. Biz belə bir imkanı Ədliyyə Nazirliyinə yaratmağa hazırıq”.

Hər iki jurnalistin təklifinə qurum rəsmilərinin münasibəti müsbət oldu. Təkliflərin dəyərləndiriləcəyinə söz verildi.

Qurum rəsmiləri bildirdilər ki, bu təmaslar davam edəcək. Yaxın gələcəkdə jurnalistləri məhkəmələrin iş fəaliyyətilə tanış etmək nəzərdə tutulur. Bildirildi ki, ilk olaraq jurnalistləri Yasamal Rayon Məhkəməsinin işi ilə tanış etməyi planlaşdırırlar.

Sonra KİV nümayəndələri Probasiya xidmətinin elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış oldular. Monitorinq mərkəzinin rəhbəri bildirdi ki, Azərbaycanda elektron qolbaq daşıyan məhkumların sayı 932 nəfərdir. Həmin məhkumlardan 26-nı qadınlar təşkil edir. Qeyd edək ki, bu işlər Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən, bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar  imzaladığı fərmanlardan sonra  görülməyə başlayıb. Məhkumların elektron qolbaqlar vasitəsilə necə nəzarətdə saxlandığı jurnalistlərə nümayiş edildi. Bu iş qurumun əməkdaşları tərəfindən 24 saat ərzində həyata keçirilir. Günün istənilən saatında elektron nəzarətə götürülən məhkumlar barədə məlumat verildi, onların hərəkət trayektoriyasının sxemini belə əldə etməyin mümkünlüyü nümayiş etdirildi. Həmin qolbaqların daim məhkumların ayaq hissəsində olmasının zəruriliyi, yalnız istisna hallarda məhkumlara müəyyən olunmuş ərazini tərk etməyə icazənin verildiyi bildirildi.  Elektron nəzarətin həyata keçirilməsi ilə bağlı bütün avadanlıqların Azərbaycanda istehsal olunduğu da media nümayəndələrinin diqqətinə çatdırıldı. Monitorinq mərkəzinin rəhbəri onu da dedi ki, belə texnoloji yeniliklərdən çox az ölkədə istifadə olunur.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:30
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ