şənbə günü, 14 noyabr 2026
     

Şəhid bulaqları nə gündədir... - FOTO

Image


Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsildən-nəslə ötürülür, heç kəs unudulmur, heç nə yaddan çıxmır. İllər ötsə belə, Vətən yolunda şəhid olanları hər kəs hörmətlə anır. Çünki hər şəhid Vətənin mənəvi ucalığıdır.

Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, şəhərlərində küçələrə, məktəblərə onların adı verilib. Həmçinin, şəhid adının əbədləşdirilməsi üçün onların adına abidələr qoyulub, parklar salınıb. Qeyd etdiyimiz kimi, hər şəhid Vətənin qürurudur. Onların xatirəsinə ölkənin hər bir ərazisində abidələr, şəhid bulaqları yaradılıb. İnsanlar həmin bulaqların suyunu içməklə həm şəhidini tanıyır, həm də onun ruhunu yad edir.

Qeyd edək ki, keçən əsrin 90-cı illərindən başlayaraq şəhid bulaqlarının tikintisi həyata keçirilib. Bu bulaqlar ya yerli icra hakimiyyəti orqanları, imkanlı şəxslər tərəfindən, ya da şəhid ailələrinin vəsaiti hesabına inşa olunub. Lakin bu bulaqlara müəyyən vaxta qədər su verilsə də, son bir neçə ildə şəhid bulaqlarının bəzilərinin suyu kəsilib. Təbii ki, bu xoşagəlməz hal bəzi aidiyyəti orqanların səhlənkarlığı və laqeydliyi nəticəsində yaranıb. Sözsüz ki, hər bir ictimaiyyət nümayəndəsinin borcu bu məsələyə sərt yanaşma sərgiləməkdir.

Bəzi həmvətənlərimiz şəhidlərin xatirəsinə ucaldılan abidələrə qarşı laqeyd davranır, dağılan şəhid bulaqlarına göz yumurlar. Hətta bəzi ərazilərdə şəhid adına yaradılan bulaqların şəkli silinib, şəhidin adı oxunmaz haldadır, su boru xətti isə sıradan çıxıb.

Məlumatlara görə, bir sıra bölgələrdə şəhid bulağına sayğac qoyulub. Qeyd edək ki, şəhidin adına açılmış bulağın su sərfiyyatına görə ödəniləcək məbləğ “Azərsu” tərəfindən qarşılanır. Ümumiyyətlə, şəhid adına açılan su bulağına bu cür münasibət bəslənməməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dövləti və hakimiyyəti şəhidinə və onun ailəsinə xüsusi qayğı, hörmətlə yanaşır.

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq sərəncamlar imzalayıb. Bu da gizlin deyil ki, şəhid ailələrinə dövlətin sonsuz qayğısı var.

Xatırladaq ki, ötən həftə şəhid varislərinə ödəmə kartının verilməsində Prezident İlham Əliyev şəxsən iştirak edib. Həmin mərasimində dövlət başçısı yaşlı şəhid anasının ayağa qalxmasına razı olmayıb, özü yaxınlaşaraq varisə ödəmə kartını təqdim edib. Prezident şəhid ailəsinə bu cür hörmət göstərərkən aidiyyəti qurumlar niyə şəhid adına bulağa hörmətsiz yanaşırlar?

Qeyd etdiyimiz kimi, ölkənin əksər ərazilərinə şəhid bulağı var. Onların bəziləri hazırda işlək vəziyyətdədir. İstənilən şəxs həmin bulaqdan su içməklə şəhidlərin ruhuna dua oxuyur. Ancaq elə şəhid bulağı da var ki, onun kranına əl vuranda suyun gəldiyini görmək olmur. Qeyd etdiyimiz mənzərə ilə paytaxtın bəzi ərazilərində rastlaşdıq.

Suraxanı rayonu Hövsan qəsəbəsində şəhid adını daşıyan bir neçə bulaq var. O bulaqların bir qisminin vəziyyəti normal olsa da, bəziləri ürəkaçan durumda deyil. Məsələn, Vətən yolunda qəhrəmanlıqla şəhid olmuş Elşən Adıgözəlov adına şəhid bulağında su gəlmir. Bulağın sadəcə adı var, krandan su gəlmir. Şəhid adını daşıyan bulaq həmin ərazidə yaşayan uşaqların əylənməsi üçün məkana çevrilib. Uşaqlar orada özləri üçün müəyyən oyunlar oynayırlar.

Adıçəkilən qəsəbədə mövcud olan şəhid bulaqlarından biri də Hafiz Quliyevin adını daşıyır. Torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan H.Quliyevin adını daşıyan bulağın ətrafı taxta parçaları ilə doludur. Sakinlər bildirirlər ki, şəhid bulağının suyu mütəmadi olaraq gəlmir. Bəzən su elə zəif gəlir ki, bir vedrə suyun dolması üçün gözləməli olursan. Bununla yanaşı, adıçəkilən şəhid bulağının ətrafında uşaqlar üçün oyun klubu fəaliyyət göstərir.

Paytaxt Bakı ilə yanaşı, rayonlarda da mövcud olan şəhid bulaqlarının əksəriyyəti xoşagələn vəziyyətdə deyil. Sumqayıtda şəhidlərin xatirəsini əbədləşdirmək üçün park salınıb. Həmin parkda “yaşıllığı qırma, onu qoru, şəhid qardaşlarına hörmət” adlı yazılara rast gəlmək mümkündür. Həmin yazının yazılmasında məqsəd isə insanların abidələrə, bulaqlara qarşı laqeyd yanaşmasıdır.

Tərtər rayon sakinlərindən aldığımız məlumata görə, rayonun mərkəzində, Tərtər Rayon Məhkəməsinin yaxınlığında Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun barelyefi və onun adına bulaq var. Onun ətrafında isə çayxana-kafe fəaliyyət göstərir. Sakinlər bildirirlər ki, baxımsızlıqdan barelyef dağılaraq yararsız vəziyyətə düşüb. Bulaqdan isə əsər-əlamət qalmayıb. Şəhid bulağının baxımsız vəziyyətə düşməsi səbəblərindən biri də həmin əraziyə cavabdeh olan insanların məsuliyyətsizliyidir.

Tərtər sakinləri onu da əlavə etdilər ki, rayonun ayrı-ayrı kəndlərində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə, barelyef və ya bulaq quraşdırılmayıb.

Sakinlər onu da qeyd etdilər ki, Bərdə-Tərtər yolunun kəsişməsində, “dörd yol” adlanan ərazidə şəhid bulağı var. Həmin şəhid bulağı şəhid varisinin hesabına yaradılıb.

Tərtər rayonu Seydimli kənd sakini Təbriz Rəhimov bizimlə söhbətində bildirdi ki, yaşadığı kənddə şəhidlərə xatirə abidəsi yerli sakinlərdən birinin maddi imkanı, maliyyə ayırması hesabına qurulub: “Abidə qurulana qədər şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yerli icra hakimiyyəti orqanlarına, dövlət strukturlarına dəfələrlə müraciət olunsa da, həmin müraciətlərə müsbət cavab verilməyib. Bu da yerli sakinlərin narazılığına səbəb olmuşdu.

Moskvada yaşayan həmkəndlimiz sakinlərin bu problemlərindən xəbərdar olduqdan dərhal sonra yerli kənd icra nümayəndəliyinin qarşısında xatirə abidəsinin ucaldılması üçün əlindən gələni etdi. Sakinlərin istəyinə uyğun olaraq, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üşün xatirə abidəsi ucaldıldı. Bu kimi hallar tək Tərtərdə deyil, əksər bölgələrdə yaşanıb. Maliyyə durumu yaxşı olan şəxslər şəhidlərin xatirəsini əbədiləşdirmək üçün xatirə abidəsi və ya bulaq qurublar. Şəhidlərin ruhuna hörmət, vəzifəsindən asılı olmayaraq, hər bir insanın borcudur. Borcumuzu yaxşı dərk etməli və bu sahədə olan problemləri həll etməliyik. Nəzərə almaq lazımdır ki, şəhidlər bulağı həm də mənəvi məsələdir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ