şənbə günü, 14 noyabr 2026
     

Palçıq vulkanlarından palçıq yox, pul axır, biz isə…

Image


Elçin Rüstəmov: “Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici məkana çevirmək olar”

Aynurə Həsənova: “Palçığın pula çevrildiyi sahələrdən biri də kosmetologiyadır”

Adil Qeybulla: “Ölkəmizdə müalicə vasitəsi kimi təkcə vulkan deyil, həm də lil palçığından istifadə edilir”

 

Dünyadakı 2000-dən çox palçıq vulkanının 344-ü Azərbaycanda yerləşir. Buna görə də ölkəmiz planetdə palçıq vulkanının məkanı kimi tanınır. Məlumat üçün bildirək ki, palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb. Bu baxımdan, Azərbaycanı “palçıq vulkanları diyarı” adlandırmaq olar. Bu vulkanlar ölkəmizin təbii sərvəti olmaqla yanaşı, həm də xaricdən turistlərin cəlb olunması, ekoturizmin inkişafı üçün mühüm zəmin yaradır.

Bu gün ölkəmizdə müxtəlif vaxtlarda palçıq vulkanı püskürür. Püskürən palçıq vulkanına biz yalnız tamaşa edirik. Ondan hər hansı bir gəlir əldə etmək marağında olmuruq. Tək istəyimiz ətrafa ziyanın dəyilməməsidir. Təbii ki, təhlükəsizlik, insan sağlamlığı öndədir. Ancaq bununla yanaşı, palçıq vulkanından gəlir məqsədilə də istifadə etmək olar. Araşdırmalara görə, palçıq vulkanları ölkəmizin iqtisadiyyatının və elmin inkişafına böyük töhfələr verə bilər.

Dünyada palçıq vulkanı gəlir əldə etmək vasitəsinə çevrilib. Həm turizm, həm tibb, həm kosmetologiya və iqtisadiyyatda da palçıq vulkanından geniş şəkildə istifadə edilməsi bir faktdır.

Palçıq vulkanından ekoturizm sahəsində geniş istifadə etmək olar. Hansı ölkədə palçıq vulkanı püskürürsə, bu təbiət hadisəsinə baxmaq üçün turistləri cəlb edirlər.

Ekspertlərin fikrincə, palçıq vulkanlarının ekoturizmdən əlavə, müalicəvi turizmin təşkilində də xüsusi əhəmiyyəti ola bilər. Bu baxımdan palçıq vulkanlarının yaxınlığında müalicə obyektlərinin yaradılması vacibdir. Analoji hal ölkəmizdə də yaşana bilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun vulkanizm şöbəsinin rəhbəri, professor Adil Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, palçıq vulkanları geologiya elminin mühüm elmi-tədqiqat istiqamətidir: "Palçıq vulkanları vasitəsilə yerin təkindəki faydalı qazıntılar barədə ətraflı məlumat almaq mümkündür. Onlar əsasən neft-qaz yataqları barədə məlumat verir. Bununla yanaşı, palçıq vulkanları geokimya, geofizika, son illər hətta botanika alimlərinin də tədqiqat obyektinə çevrilib.

Ümumiyyətlə, dünyanın 42 ölkəsində 2500 palçıq vulkanı var ki, onlardan 353 ədədi ölkəmizin şərqində - quruda və Xəzər akvatoriyasında yerləşir. 154 vulkan Xəzərin Azərbaycan sektorunda, 200-dən çoxu isə Abşeron yarımadasında və Şamaxı-Qobustan regionunda yerləşir”.

Həmsöhbətimiz qeyd etdi ki, palçıq vulkanlarının palçığında çoxlu mikroelement (bor, manqan, mis, yod və s.) var ki, onlardan müxtəlif məqsədlərlə istifadə edilə bilər. Bununla yanaşı, neft palçığından “silikat” kərpiclər və digər tikinti materialları da hazırlamaq mümkündür: “Rusiya Federasiyasında palçıq vulkanlarının bu potensialından geniş istifadə edilir. Ötən əsrin 80-ci illərində palçıq vulkanlarının palçığından yol örtüyü hazırlamaq üçün geniş istifadə edilib. Bu təcrübədən bu gün də istifadə edilə bilər. Lakin bu qəbildən olan palçıq vulkanlarının da qiymətli palçığı boşuna axır. Vulkan palçığından bir çox neft məhsulları - benzin, liqroin, mazut və s. alınır. Lakin bundan da ölkəmizdə səmərəli istifadə edilmir.

Bütün bunlarla yanaşı, vulkan palçığı həm də müalicəvi əhəmiyyətə malikdir. Rusiyanın Saxalin vilayətində cəmi 3 palçıq vulkanı var, amma vilayətin bütün xəstəxanalarında, sanatoriya və pansionatlarında həmin vulkanların palçığından müalicə məqsədilə istifadə edilir. Digər ölkələrdə də bu təcrübə var.

Həmçinin, palçıq vulkanları turizm üçün ən ideal yerdir. Dünyada vulkan püskürməsi olan ərazilərə turistlər çox maraq göstərirlər. Təəssüf ki, Azərbaycan vulkanlarının isə bu sarıdan bəxti gətirməyib”.

Turizm sahəsi üzrə mütəxəssis Elçin Rüstəmov bizimlə söhbətində qeyd etdi ki, sağlamlıq turizminin inkişafı baxımından yeni təyinatlı turizm obyektləri inşa edilməlidir: “Dünya təcrübəsində mədə-bağırsaq, pereferik və mərkəzi əsəb sistemi, uroloji, oynaq, radikulit, dəri və s. xəstəliklərin müalicəsində vulkan palçığından geniş istifadə olunur.

Azərbaycandakı palçıq vulkanlarını turistlər üçün cəlbedici məkana çevirmək olar. Məsələn, turistlər üçün cəlbedici aktiv vulkanlar qrupu Bakı-Ələt avtomobil yolunda - Qobustan qəsəbəsindən cənubda və Daşgil ərazisində yerləşir. Qobustana gedən hər bir turist o palçıq vulkanını görmək arzusunda olur. Bunun üçün palçıq vulkanlarının reklamına ehtiyac var. Xarici turistlər də palçıq vulkanlarımız haqqında internetdə oxuyub Azərbaycana gəlmək, onları görmək istəyəcəklər. Bu, gerçək olarsa, turizmin həmin sektorundan da ölkəyə yetərincə vəsait daxil olar”.

Həkim-kosmetoloq Aynurə Həsənova bizimlə söhbətində qeyd etdi ki, palçığın pula çevrildiyi sahələrdən biri də kosmetologiyadır: “Palçıq vulkanlarının tərkibindəki maddələr əsasən müxtəlif üz dəriləri üçün maskaların hazırlanmasına imkan verir. Təbii tərkibli kosmetik vasitələr digərlərindən baha olsa da, təsir effekti daha yüksəkdir. Hazırda, demək olar ki, bir yerli şirkət xaricində vulkan məhsullarından kosmetoloji məhsul hazırlayan müəssisələr yoxdur. Ancaq bu sahəyə marağı artıraraq sahibkarlar unikal məhsul istehsal edə və Azərbaycan brendi ilə dünya bazarına çıxara bilərlər.

Bu gün dünya ölkələrində palçıq vulkanından hazırlanan kosmetik vasitələrin, maskaların geniş istifadəsinin səbəbi ondadır ki, maariflənmə güclüdür. Xarici ölkələrdə bu xammal hər kəs üçün əlçatandır. Bizdə isə bu əlçatan deyil. Təbii ki, palçıq vulkanın tərkibindəki mikroelementlər üz dərisinin müxtəlif problemlərinin aradan qaldırılmasında istifadə edilə bilər. Eləcə də bir çox xəstəliyin müalicəsində də bundan istifadə edilir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətində qeyd etdi ki, ölkəmizdə müalicə vasitəsi kimi təkcə vulkan deyil, həm də lil palçığından istifadə edilir: “Masazır və Zığ gölünün palçığı ona görə daha geniş tətbiq edilir ki, onun bakterioloji, sanitar-gigiyenik göstəriciləri əlavə tədbirlər görülmədən istifadəsinə imkan verir. Bundan fərqli olaraq, vulkan palçığının müalicə üçün müəyyən hazırlığa ehtiyacı var, yəni onu suda həll etmək, qarışdırıb horra şəklinə salmaq, qızdırmaq və s. lazım gəlir. Məsələ burasındadır ki, vulkan palçığı müəyyən qaynama həddinə çatıb püskürəndən sonra soyuyur, quruyur və termofiziki keyfiyyətlərini itirir. Ona görə də palçığı suda həll edib məhlul halına salandan və qızdırandan sonra özünün əvvəlki fiziki, kimyəvi və bioloji xassələrini bərpa edir. Vulkanların palçığını yığıb qablaşdırmaq və satışını təşkil etməklə özəl təşkilat və qurumların, sahibkarların məşğul olması daha yaxşı olardı”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ